6 C
Baku
Sunday, December 15, 2024

Əvvəl kasıb, indi varlı…

Amerikanın bu günkü müvəffəqiyyət qazanmış biznesmenlərinin və top-menecerlərinin çoxu nə vaxt isə kasıb idilər və müvəffəqiyyət qazanmaq üçün “özləri özlərini yaratmalı” olmuşdular.

Bəziləri isə fəaliyyətlərinin əvvəlində çox insanların ancaq eşidə bildikləri çətinliklərlə rastalşmaq məcburiyyəti qarşısında qalmışdılar. Amerikanın CNBC portalının müxbiri Deniel Bukspan yüksəkliyə qalxmaq üçün bir zaman çox zəhmət çəkməyə məcbur olmuş bir nəçə müvəffəqiyyət qazanmış insanların həyatında baş vermiş gözlənilməz hadisələr haqqında danışır.

Hal hazırda böyük uğurlar qazanmış insanların çoxu kasıb ailələrdə doğulmuş və uşaqlıq illərini cinayətkarlığın və qəddarlığın həyat norması olduğu yerlərdə keçirmişdilər. Lakin biliklərə maraq, istedad və əmək sevərliyi hesabına onlar şəraitlərin üzərində yüksələ bilmişdilər.  Və bu gün onlar biznesdə müvəffəqiyyət qazanmışlar və dünya səviyyəli ən uğurlu şirkətlərə rəhbərlik edirlər.

Çox halda bu günkü top-menecerlər öz ailələrinə kömək etmək üçün hələ uşaq yaşlarından işləməyə başlayırdılar. Lakin yaşamaq hissi  onların özünü qorumaq instiktlərini kəskinləşdirmişdi və daha xoşbəxt insanların gözdən qaçırdıqları imkanlara fikir verməyə öyrətmişdi. Bundan başqa kasıbçılıq qənaət etmək bacarığını inkişaf etdirir və insanlarda uğurlu biznes aparmaq üçün lazım olan keyfiyyətləri aşkar edir.

Goldman Sachs Group-un direktorlar şurasının sədri və icraçı direktoru Lloyd Blankfeyn

Lloyd Blankfeyn Nyu-Yorkun Bruklin rayonunda poçatlyon və katibə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində o “Nyu-York Yanki” stadionunda qəlyanaltı satmaqla məşğul olmuşdur. Sonra Harvard universitetinə daxil olub və təhsilini bitirdikdən sonra  hüquq elmləri doktoru adını almışdır.

Blekfeyn bir qədər vəkil işlədikdən sonra Goldman Sachs-ın tabeçiliyində olan J. Aron & Co şirkətinə işə düzəlmişdir və orada karyerasını qurmuşdur. 2007-ci ildə onun illik qazancı 73 mln dollar təşkil etmişdir.

Televiziya aparıcısı Opra Uinfri

2011-ci ilin 25 mayında tanınmış Amerika televiziya aparaıcısı Opra Uinfri televiziya aparıcısı karyerasını bitirmişdir.  Lakin buna baxmayaraq o, özünün yaratdığı  iri televiziya imperiyasında idarəedici kimi qalmişdır.

25 il ərzində Opranın şousu televiziya tarixində ən yüksək reytinqli şou olmuşdur. 2009-cu ildə Forbs jurnalı onu ən varlı afroamerikalı qadın hesab etmişdir, 2007-ci ildə isə The Telegraph qəzeti Uinfrini ABŞ liberallarından ən  nüfuzlusu adlandırmışdır.

Lakin televiziya aparıcısının karyerası nə qədər parlaq görünürsə, onun uşaqlığı bir o qədər qəmgin görünür. Uinfri Misssiipi ştatında anadan olmuşdu və Miluoki şəhərinin xarabalıqlarında böyüyürdü. Opra dünyaya gələndə onun anası hələ yeniyetmə yaşlarında idi. Tennesi ştatına köçdükdən sonra, o vaxt yuxarı sinif şagirdi olan Opra özünün radioda ilk işini almışdır. Onun istedadı görünməz qalmadı və artıq 19 yaşında Uinfri axşam xəbərlərinin aparıcısı oldu. Sonra o Çikaqoda gündüz şousunu aparmağa başladı, onun sonrakı həyatı isə hamıya məlumdur.

John Paul Mitchell Systems şirkətinin təsisçisi və şirkətin başçısı Con Pol Decoria

Decoria saçlara qulluq vasitələri istehsalçısı olan John Paul Mitchell Systems kimi iri şirkəti təsis etmişdir.

Onun valideyinləri iki yaşı olarkən ayrılmışdılar, və o doqquz yaşında ailəyə kömək etmək üçün artıq işləyirdi. Lakin nəticədə balaca Con yenə də uşaqlar üçün yetimxanaya düşür. Məktəbi bitirdikdən sonra o, ABŞ-ın Hərbi Dəniz Donanmasına qulluğa daxil olur və orada süpürgəçi işləyir.

Onun həyatında ən çətin günlər evsiz qaldığı vaxtlar başlayır. Lakin təəccüblüdür ki o bu sınağın da öhdəsindən gələrək, 1980-ci ildə bərbər Pol Mitçellə müştərək olaraq John Paul Mitchell Systems şirkətini təsis edir.

Forbes jurnalının verdiyi xəbərə görə 2009-cu ildə Decorianın dövləti 4 mlrd dollar təşkil edirdi, bu hər hansı bir nöqteyi-nəzərdən təsir bağışlayan nailiyyətdir. Lakin Dicorianın misalında bu həmçinin insanın həyat çətinliklərinin öhdəsindən gəlmək bacarığının nümunəsidir.

Starbucks şəbəkəsinin baş direktoru Hovard Şuls 
Hər səhər milyonlarla Amerikalı öz təzə kofein “dozasını” alır və bunun üçün Hovard Şulsa minnətdar olmalıdırlar.

Şuls Bruklinin yoxsullar rayonu Kanarsidə anadan olub və orada böyümüşdür. Bu rayon o qədər yoxsuldur ki, orada indiyə kimi Starbucks qəhvəxanası yoxdur.  Hovard ailəsində birinci uşaq idi ki, kollecdə təhsil almışdı. Təhsilini bitirdikdən sonra o, qəhvə üçün avadanlıq istehsal edən Hammerpalast şirkətinə işə düzəlmişdi. Elə orada Şuls Starbucks-ın nümayəndəsi ilə görüşmüşdü, o zaman layihəyə  təzəlikcə başlamışdılar.

Starbucks-dan qəhvə Şulsun o qədər xoşuna gəlmişdi ki, o dərhal şirkətin marketinq üzrə direktoru vəzifəsini tutmuşdu, sonra isə karyera pillələri ilə ən yüksək vəzifələrə kimi yüksəlmişdi.  Sonradan Şuls şəxsi Maveron vençur şirkətini açmışdır və Seattle SuperSonics basketbol komandasını almışdır. Lakin Şuls ən çox şöhrəti və varını yenə də qəhvənin sayəsində əldə etmişdir: təkcə 2011-ci ildə onun kompensasiya paketinin həcmi 29,7 mln dollar təşkil etmişdir.

Sean John Clothing şirkətinin başçısı Şon Kombs 
Şon Kombs repperdir, o eləcə də Paff Deddi, Pi Diddi, Diddi, Paff və Paffi təxəllüsləri ilə tanınmışdır. O Harlemdə döğulmuşdur, onun anası isə adi məktəbdə müəllimə işləyirdi. Balaca Kombsun üç yaşı olanda onun atasını öldürmüşdülər və bundan sonra onun ailəsi hara olursa olsun, – deyərək ancaq Bronksdan uzağa, Maunt Vernona köçmüşdür.

Kombs Vaşinqton ştatının Hovard adına Universitetində oxuyurdu və eyni zamanda Nyu-Yorkda  Uptown Records şirkətinin səsyazma studiyasında da  işləyirdi. Bir zaman keçdikdən sonra əlavə iş oxumaqdan vacib oldu və Kombs sassion musiqiçi kimi o vaxt R&B-da yeni başlayan Meri Cey Blayc və Codsi kimi ifaçılarla birlikdə diqqətini Uptown-da karyera qurmaqda cəmləşdirdi. Lakin Kombs uğurlu musiqi karyerasından başqa digər səhədə də, məhz moda sahəsində çox uğur qazanmışdır. Onun adı altında birinci geyim kolleksiyası Sean John, hələ 1998-ci ildə çıxmışdır.  Bu günkü gün o, öz şirkətinin baş direktorudur.

Xerox şirkətinin sədri və baş direktoru Ursula M. Berns 
Ursula M. Berns afroamerikalı qadınlar arasında, şirkətinin Fortuna jurnalının siyahısında 500 ən iri şirkətlər sırasına daxil edilmişdir, Forbes jurnalı isə onu dünyanın ən nüfuzlu qadınları sırasında 20 yerə təyin etmişdir.
Berns Nyu-Yorkun kasıb məhəlləsindən olan tək ananın qızı idi. Mühəndis-texniki təhsil alaraq Ursula Xerox şirkətinə işə düzəlir və yaxın zamanda rəhbərin assitenti vəzifəsindək yüksəlir.  Artıq 1999-cu ildə o şirkətin beynəlxalq istehsal şöbəsinə rəhbərlik edirdi, daha 10 ildən sonra isə baş direktor vəzifəsində istefaya gedən Anna Malkanini əvəz etmişdir.

Apple şirkətinin prezidenti Stiv Cobs 
Həyatın qəribə təsadüfü nəticəsində Stiv Cobs 1985-ci ildə satış həcminin azalması ilə əlaqədar şirkətin personalını azaltması səbəbindən işdən çıxarıldığı şirkətin baş direktoru təyin edilir. O vaxt işdən çıxarılıdıqdan sonra, Cobs NeXt Computer şirkətini yaratmışdır və sonralar eləcə də Pixar brendi altında tanınmış şirkəti almışdır.

Amma o vaxt Apple-də işlər yaxşı getmirdi və 10 il zərərlə işlədikdən sonra, şirkət Cobsu yenidən baş direktor vəzifəsinə dəvət etmişdir. Şirkətin gəlir göstəricilərinə qayıtmasını və dünya bazarlarının fəthini məhz onun xidməti kimi qiymətləndirirlər. Cobsun var-dövləti bu gün 8,3 mlrd dollar təşkil edir.

Ola bilsin ki, Cobsun bu vaxta kimi həyat çətinlikləri olmasa idi o Apple-dən çıxarılmasını daha pis qəbul edərdi. Gənc yaşlarında o Portlenddə kollecdə oxuyurdu, lakin ancaq bir semestr oxuduqdan sonra oradan çıxardılmışdır. Buna baxmayaraq o mühazirələrə azad dinləyici kimi gəlməyə davam etmişdir. 2005-ci ildə Stenford universitetinin tələbələri qarşısında çıxışında Cobs boş alüminium bankaları yığmaqla, dostlarının evində döşəmədə gecələməklə və hər gün krişnaitlər məbədində pulsuz nahar etmək üçün 7 km məsafə qət etməklə sağ qaldığını etiraf etmişdir.

Gardner Rich & Co şirkətinin baş direktoru Kris Qardner

Gardner Rich & Co. Broker şirkəti 1987-ci ildə təsis edilmişdir. Bu zamana kimi onun təsisçisi və baş direktoru Kris Qardner brokerlik sənətini ayda 1 min dollar təqaüd alaraq öyrənirdi və mənzili olmadığı səbəbindən öz oğlu ilə birlikdə sərsəri həyat sürürdü. Onlar çox vaxt San-Fransisko metrosunun tualetlərində gecələməli olurdular. Sonra isə onlar evsizlər üçün yataqxanada yaşadılar və tədricən ayağa qalxdılar.

Hollivud filminin ssenarisinə bənzəyir? Elə də var, Qardnerin tarixcəsi “Xoşbəxtlik arxasınca qaçmaq” film-bioqrafiyanın əsasına qoyulub (Qardner özü bilərəkdən filmin adını səhv yazıb). 2006-cı ildə dünya görmüş filmdə baş rolu Uill Smit oynamışdır, kassa yığımları isə 307 mln dollardan artıq təşkil etmişdir.

Las Vegas Sands kazinosunun baş direktoru Şeldon Adelson 
Adelson Nevada ştatında “cənnət şəhəri” olan Las-Veqasda kazinonu idarə edir, o Bostonda Şərqi Avropadan olan yəhudi mühacirləri ailəsində anadan olub.  Onun dostu və biznes partnyoru İrvin Çafits demişkən “orda 3 dolları olmaq varlı olmaq hesab edilirdi”.
Adelson ailəsinin mənzil kirayə haqqını ödəmək üçün öz karyerasına qəzet paylayaraq başlamışdır. Böyüdükdən sonra o, iki dostu ilə Comdex kompüter ticarət  sərgisini açmışdır, və iş o qədər xeyirli olmuşdur ki gənc sahibkar gəlirlərinin hesabına Las-Veqasın ən uğurlu kazinosunu (ancaq Bellagiodan geri qalan) almışdır. 2011-ci ilin mart ayında Adelsonun var-dövləti “təmiz” 23,3 mlrd dollar təşkil edirdi, Forbes jurnalının ən varlı adamlar siyahısında isə o 16-cı yerdədir.

G-Unit Recorders-un başçısı Kertis Cekson 
Ümumiyyətlə Kertis dünyada 50 Cent təxəllüsü ilə daha çox tanınır. Onun 2003-cü ilin Get Rich or Die Tryin (“Varlı ol, yaxud varlı olmaq üçün cəhd edərək öl”) albomu həmin il ən çox satılan albom olmuşdur. Uğurdan ruhlnaraq Cekson sonralar G-Unit Beg For Mercy (“Bağışlanmaq üçün yalvar”) rep-komandasının platin diski çıxmış şəxsi səsyazma leyblı olan G-Unit Records-un əsasını qoydu.

Cekson Yamaykada Kvins şəhərində anadan olmuşdur və səkkiz yaşında anasını itirdikdən sonra, babası və nənəsi tərəfindən tərbiyə almışdır. Sonra o az qalaraq anasının taleyini təkrar etmişdir, 25 yaşı olarkən ona atəş açılmışdı, lakin o sağ qalmışdır. İki il sonra o, repper Eminemin rəhbərlik etdiyi Shady Records leyblı ilə saziş bağlayaraq  keçmişinə dönüb baxmadan öz parlaq musiqi karyerasına başlamışdır.

Son xəbərlər
Digər xəbərlər