6 C
Baku
Sunday, December 15, 2024

Əvvəllər təyin edilmiş əlilliklər yeni meyarlara necə uyğunlaşdırılacaq?

Bu il iyulun 1-dək təyin edilmiş əlilliklərin həmin gündən tətbiq olunacaq yeni meyarlara uyğunlaşdırılması elektron sistem üzərində aparılacaq.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunun üçün təkrar əyani müayinə aparılmayacaq. Qüvvədə olan əlillik dərəcələri vətəndaşlar əyani müayinəyə dəvət edilmədən əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada faiz dərəcə sisteminə uyğunlaşdırılacaq.

Nazirlikdən bildirilir ki, uyğunlaşdırma zamanı:

  • I dərəcə əlillik 81-100 faiz,
  • II dərəcə əlillik 61-80 faiz,
  • III dərəcə əlillik 31-60 faiz

aralığında orqanizminin funksiyalarının pozulması kimi nəzərə alınacaq.

Qeyd olunur ki, 30%-ədək orqanizmin funksiyasının pozulması halında əlillik təyin olunmur. Yalnız istehsalat zədəsi və peşə xəstəlikləri hallarında peşə-əmək qabiliyyətinin itirilməsi faizi müəyyən olunur.

Son xəbərlər
Digər xəbərlər