10 C
Baku
Thursday, November 14, 2024

Əyilə bilən Galaxy F smartfonunun konsept render fotoları təqdim olunub

Bir neçə müddət bundan öncə Samsung şirkətinin reklam videosunda Galaxy F adlı əyilə bilən smartfon əks olunmuşdu. LetsGoDigital saytı isə həmin əks olunmuş kadr sayəsində smartfonun konsept render fotolarını hazırlayıb. Saytın hazırladığı konsept render fotolarda Galaxy F smartfonu həm açıq həm də əyilmiş formada əks olunub.

image 66593006625771

Konsept fotodan da görmək olar ki, smartfon iki ekrana və minimal çərçivələrə sahibdir Bundan əlavə olaraq təqdim edilmiş konsept render fotolardakı smartfonun ön kamerası və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiriciləri yoxdur. Aydın məsələdir ki, bunlar sadəcə olaraq konsept fotolardır. Lakin maraqlısı ondadır ki, Samsung mühəndisləri ön kameranı və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiriciləri smartfona necə yerləşdirəcək.

image 74972349964082

Məlumata əsasən Galaxy F smartfonu 4.2:3 nisbətli və 1536×2152 piksel keyfiyyətli Infinity Flex ekranla təchiz olunacaq. Əyilmiş formada smartfonun ekranı bir qədər kiçik və 1960×840 piksel keyfiyyətli olacaq. Həmçinin smartfonun ya Snapdragon ya da Exynos prosessoruna və 10 GB-a kimi RAM göstəricisinə sahib olacağı gözlənilir. Samsung şirkəti 1 milyon ədəd Galaxy F smartfonu istehsal etməyi planlaşdırır. Onun təqribi qiyməti isə 1700$ təşkil edəcək.

©technote

Son xəbərlər
Digər xəbərlər