2 C
Baku
Saturday, December 14, 2024

Əzabların səbəbi

Bir dəfə bir şəxs müdrik ağsaqqalın yanına gələrək ona gileylənməyə və yalvarmağa başlayır:

— Müdrik insan, yalvarıram, mənə əzablarımın səbəbini anlamaq üçün kömək et. Mən xanımıma sevgi və uşaqlarıma qayğı axtardığım vaxtdan əzab çəkirəm. Həyat yoldaşım gedəndə darıxmaq hissi məni sakit qoymur, çünki o mənə yemək hazırlamalıdır. Lakin həyat yoldaşım yanımda olub deyinəndə də əza çəkirəm. Mən əzab çəkirəm, çünki mənim çox işim var və uşaqlarıma zaman ayıra bilmirəm. Həyat yoldaşım hər şeydə məni günahlandırır. Mən daim əzab çəkirəm. Mən bu əzablardan necə xilas olum, əbədi rahatlığı, sevgini necə tapım?

Müdrik insan onu dinlədikdən sonra cavab verir:

— Sevgi – insan doğulduğu andan onun tərkib hissəsi, ruhunun özü, həyatıdır. Buna görə də onu itirmək, yaratmaq və məhv etmək mümkün deyil. O əzəldən bəri əbədidir və istənilən canlının daxilində mövcuddur. Sevgi insanın ürəyi ilə birgə döyünərək özü ilə bütün bədəni qidalandırır. Əsl sevgi – yalnızca daxildədir!

İnsan sevgisini nəyə yönəltmək istəyirsə, sevginin obyekti də odur. Buna görə də, insanın daxilində diqqət çəkmək uğrunda mübarizə, “sevgi uğrunda mübarizə” gedir. Bu mübarizədə də əsas amil özünü əbədi etməkdir. İnsanın öz sevgisini nəyə və kimə yönəltməli olduğunu bilməməsi sonsuz əzablara, daxili böhranlara səbəb olur. Sevginizin nəyə istiqamətləndiyi barədə bir daha düşünün!

Son xəbərlər
Digər xəbərlər