9 C
Baku
Monday, December 23, 2024

МBA və müxtəliflik siyasəti

Statistika göstərir ki, maliyyə böhranı vaxtlarından bəri biznes-məktəbləri öz proqramlarını heç də ideal tələbələrə uyğun hazırlamır. İndi «müxtəliflik» epoxasıdır.

 Financial Times  «Müxtəliflik – həyatın bir incisidir» məqaləsində MBA proqramı üzrə təhsil üçün fərqli namizədlər toplayan rekruterlərin sirlərini açıqlayır. Harvard, Wharton və Stanford kimi məktəblər öz sıralarına getdikcə daha az sənaye bankirləri qəbul edir və daha çox qadınlara, müəssisə rəhbərlərinə, hərbçilərə, ətraf aləmin mühafizəçilərinə həmçinin qeyri hökumət təşkilatlarının əməkdaşlarına üstünlük verilir. Həqiqətdə isə 2011-ci ildə Harvard və Wharton-a daxil olan tələbələrin cəmi12-14%-i investisiya bankçılıq sahəsində təcrübəyə malik olublar.

Həmçinin MBA proqramının tələbələrinin orta yaş həddi də dəyişir. Harvard Biznes Məktəbinin orta statistik namizədi -27 yaşlı gənc insandır (bir il əvvəl isə 26 yaş olub).
Wharton məktəbi də həmçinin öz tələbə kontingentinin tərkibinin diversifikasiyası istiqamətində iş görür. Məktəbin qəbul komissiyasının direktoru Ankur Kumar izah edir ki, bu son illər ərzində məktəbin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. Biz MBA proqramları haqqında formalaşmış yanlış təsəvvürləri və stereotipləri qırmağa çalışırıq. Wharton məktəbi orta məktəb tələbələrinin biznes-təhsilinin vacib aspektləri haqqında məlumatlanması və lazımı biliklər əldə etməsi istiqamətində də xeyli irəli getmişdir.

Stanford məktəbi diversifikasıya proqramının tətbiqi üzrə xüsusi individual yanaşma işləyib hazırlamışdır. Təhsil müəssisəsi məxsusi diqqət yetirir ki, qəbul olunmuş tələbələrdən hər altı nəfərindən biri MBA diplomu almaq ilə yanaşı, paralel şəkildə başqa bir kursa da qatılmış olsun.

Baxmayaraq ki, Amerika məktəbləri hələ də əcnəbi tələbələrin sayının azlığından əziyyət çəkir (36% Wharton-da və 34% Harvard-da), MBA proqramının qəbul komissiyası çox sayda qadının, fərqli və daha geniş təcrübəyə malik, həmçinin müxtəlif yaşlı namizədlərin cəlb olunması baxımından böyük irəliləyişə nail olmuşdur. Məktəblərin diversifikasiyaya bu qədər açıq və hazırlıqlı olması gələcək namizədlərə özlərinin təqdimat variantları planında daha böyük kreativliyə ruhlandırır. Bu gün MBA proqramına düşmək üçün investisiya bankiri olmağa ehtiyac yoxdur, indi sadəcə müxtəlif fəaliyyət sahələrini və yanaşmaları kombinasiya etmək lazımdır.

Maliyyə böhranın başlaması və onun ardınca sürən iqtisadi depressiyadan sonra biznes-məktəblərinə daxil olan investisiya bankirlərinin sayı gündən-günə daha da azalır. 2008 və 2009-cu illərdə universitet və kollec məzunlarının arasında investisiya bankçılığı sahəsinə can atanların sayı elə də çox olmayıb.

Amma yaxın gələcəkdə bu təhsil müəssisələrinin nümayəndələri də biznes-məktəblərinə ərizə ilə müraciət edəcək və məhz bu mərhələ MBA proqramlarının diversifikasiya cəhdləri üçün əsl sınaq olacaq.

Son xəbərlər
Digər xəbərlər