8 C
Baku
Thursday, December 12, 2024

“Сəhənnəm sanksiyası” rublu çökdürdü: Nabiullina bunu “ekstremal” vəziyyət adlandırır

Rusiya Mərkəzi Bankı (Bank Rusiya) rəsmi valyuta məzənnələrini açıqlayarkən, tarixdə ilk dəfə məzənnənin 100 USD/RUR olduğunu təsdiqlədi.

Banker.az xəbər verir ki, Bank Rusiyanın rəsmi məzənnəsinə görə, ölkədə 1 dollar bu gün 91.7457 rubl olduğu halda, 3 mart üçün 103.2487 rubl olacaqdır.

Avronun məzənnəsi isə 102.9112 rubldan  114.5544 rubla qaldırılıb.

Hazırda Rusiya Ukraynanın suveren ərazilərində hərbi əməliyyatlar aparır. Buna görə də Qərb ölkələri RF-yə qarşı “cəhənnəm sanksiyası” tətbiq edir. Mərkəzi Bankın valyuta ehtiyatlarının yarısı Avropada dondurulub. Bu isə ölkə ərazisində dollara böyük tələb yaratmaqdadır. Rəsmlər böyük ixracatçılara onlara daxil olan valyutanın 80%-ni daxili bazarda satışa yönəltmək tapşırılıb.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya iqtisadiyyatı “ekstremal” vəziyyətlə üzləşdiyini bildirir.

Bununla belə requlyator qeyri-rezidentlərə – MDB ölkələri istisna olmaqla hesab açmadan Rusiyadan ayda 5 min dollardan artıq vəsait çıxarmağı qadağan edib.

Son xəbərlər
Digər xəbərlər