“Azərişıq” ASC 2 şirkətlə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Meqaplus” firması və “Sabah Construction” MMC-dir.
“Meqaplus” firması ilə bağlanan müqavilədə “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif mal-materialların satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 4 283 704 manatdır.
“Sabah Construction” MMC ilə isə bağlanan müqavilədə Elektrik avadanlıqların məsafədən avtomatik idarə olunması üçün elektromaqnitli aparatların satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 4 447 009 manatdır.