9 C
Baku
Thursday, December 12, 2024

​​​​​​​“İcraçı Kredit Agentliyi” BOKT böyük zərər edib, portfeli kəskin kiçilib

Azərbaycanın 19 yaşlı bank olmayan kredit təşkilatı “İcraçı Kredit Agentliyi” BOKT MMC 2020-ci ildə zərərə düşüb.

Banker.az xəbər verir ki, 2020-ci ilin audit hesabatındakı rəyə əsasən, BOKT-un faiz gəlirlərinin həcmi 88 min manat olmaqla öncəki ili 27% olmuşdur. BOKT-un faiz xərcləri minin altında cüzi rəqəmlə qeydə alınmışdır.

İKA kredit təşkilatının haqq və komissiya xərcləri 3 min manat, inzibati və digər əməliyyat xərcləri 398 min manat (illik müqayisədə 2 dəfə artım), digər gəlirləri 376 min manat ( 3 dəfə artım) olmuşdur.

BOKT-un ötən il ərzində zərər etməsinə səbəb kredit zərərləri üzrə ehtiyatların 762 min manata qədər ayrılması olub. Öncəki ildə isə, əksinə 151 min manat geri dönüş olmuşdu.

Beləliklə, bir il ərzində 762 min manat zərər etmişdir. Öncəki ildə isə 19 min manat xalis mənfəət əldə edilmişdir.

Bu mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 961 min manatdan 1 200 min manata qədər azalıb.

BÖYÜK KİÇİLMƏ

“İcraçı Kredit Agenliyi” BOKT-un aktivlərinin həcmi 986 min manat, yaxud 32% kiçilmə ilə 2 milyon 106 min manata qədər azalıb. Aktivlərindəki bu neqativ dinamikanın əsas səbəbkarı, BOKT-un əsas fəaliyyət istiqaməti olan müştərilərə verdiyi kreditlərin həcminin ilin əvvəli ilə müqayisədə 796 min manat (40%) azalmadıdır. Digər azalmaya səbəb nağd pul ekvivalentlərinin 136 min manatdan 1 min manata qədər azalmadır.

BOKT-un aktivlərində 841 min manatdan çox hökumət fondları ilə hesablaşmaları qalmaqdadır.

Hesabat dövrünə İKA-nın öhdəliklərinin həcmi 537 min manata qədər olmaqdadır.

 

Son xəbərlər
Digər xəbərlər