“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturu) laborator dəstlərin, standartların və laborator ləvazimatların satın alınması üçün 2.7 milyon manatlıq müqavilə bağlayıb. Tenderlərin qalibi “Avaz Group” MMC-dir. 1-ci müqavilənin məbləği 1 milyon 209,4 min manat, 2-ci müqavilənin məbləği isə 1 milyon 468,6 min manatdır.