9 C
Baku
Friday, November 15, 2024

​ABŞ “Brexit”ə görə bir günə 900 mlrd. dollar itirib

ABŞ fond birjalarının iyunun 24-də “Brexit” referendumunun neqativ nəticələnməsi ilə 3,5-4% azalması ölkə iqtisadiyyatına 800-900 mlrd. dollar zərər vurub. Bu barədə ABŞ-ın “High Frequency Economics” investisiya xidmətləri şirkətinin baş iqtisadçısı Cim O’Sallivan “AA” agentliyinə açıqlamasında bildirib. 

Baş iqtisadçıya görə, ABŞ fond birjalarının məcmu kapitallaşmasının bazar dəyəri 23 trln. dollara bərabərdir və iyunun 24-də 3,5-4% azalma ölkə iqtisadiyyatının bir gündə 900 mlrd. dollaradək itirməsinə səbəb olub. “Hazırda qlobal maliyyə bazarları “Brexit” qərarını həzm etməyə çalışır. Maliyyə bazarlarında yaşanan dalğalanmalar ABŞ iqtisadiyyatına mənfi təsir edə bilər. Nyu-York Fond Birjası və ABŞ dollarındakı sərt dalğalanmaların iqtisadi artım tempinə zərər verə biləcəyi qeyd olunub. Hazırda bu dalğalanmaların “Brexit”ə gələcəkdəki sərt reasksiyanın başlanğıcı olub-olmadığı əsas diqqət çəkən məsələyə çevrilib. Risksiz aktivlərə yönələn investorların fond birjalarına mənfi təsirinin ölçülərinin nə qədər olacağını proqnozlaşdırmaq çətinləşib”, – deyə C.O’Sallivan vurğulayıb.

Onun sözlərinə görə, qlobal maliyyə bazarlarında bundan sonra kredit şərtləri sərtləşəcəyindən Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsinin artırılması ilə bağlı qərarını ertələyəcək. Ekspert “Brexit”in nəticələrinin ABŞ əmək bazarına təsir etməyəcəyini, işsizliyin getdikcə azalmağa davam edəcəyini, maaşların və inflyasiyanın artacağını, uçot dərəcəsinin isə sentyabrda artırılacağını proqnozlaşdırır.

İsveçrənin UBS bankının ABŞ bölməsinin baş iqtisadçısı Mauri Harris isə FES-in bu il bir dəfə (dekabrda) uçot dərəcəsini artıra biləcəyini ehtimal edir. O, FES-in “Brexit” nəticələrini təhlil etmək üçün zamana ehtiyacı olduğunu qeyd edib.

Report

 

 

Son xəbərlər
Digər xəbərlər