“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Trans-T.S.” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
“Report”un xəbərinə görə, bank borcun tutulması barədə iddia irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.
Qərarla razılaşmayan “Trans-T.S.” müəssisəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2002-ci ildə yaradılan “Trans-T.S.” müəssisəsinin əsas fəaliyyəti yağ transformatorlarının, qapalı və açıq tipli komplekt transformator yarımstansiyalarının istehsalı, quraşdırılması, sınağı və təmiri, metal dayaqların yığılması və quraşdırılmasıdır.
“Azərbaycan Beynəlxalq Bankı” isə 1992-ci ilə yaradılıb.