9 C
Baku
Thursday, December 12, 2024

​Azərbaycan güzəştli ipotekanın əhatəsini genişləndirir

Azərbnayacnda hazırda mövcud olan güzəştli(sosial) ipotekaya aid əhali qrupları artırıla bilər. “Report”un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Qeyd edək ki, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 2015-ci ilin əvvəlində 632,466 mln. manata, ipoteka kreditlərinin sayı isə 15 829-a çatıb.

Bildirək ki, Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Hazırda 30 bank AİF-in müvəkkil kredit təşkilatları siyahısındadır.

Fond 588 mln. manatlıq aktivlərin mükəmməl idarə edilməsi və “sabit” proqnozlu “BBB-” reytinqi ilə ölkənin kapital bazarının aparıcı maliyyə institutlarından biridir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.