“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” (DDƏQX) Məhdud Məsuliyyəti Cəmiyyətini (MMC) məhkəməyə verib.
“Report”un məlumatına görə, ASC əmlakın yenidən qiymətləndirilməsi barədə tələb irəli sürüb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, “Bank Respublika” 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb. Bankın 2015-ci il məcmu kapitalı 67,4 milyon manatı, ümumi aktivləri isə 509,7 milyon manatı keçib.