İyunun sonunda Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenkonun səlahiyyət müddəti bitir. DB rəsmisi bundan sonrakı fəaliyyətini Liberiyada (Qərbi Afrika) davam etdirəcək.
L.Leşçenkonun Liberiyada səlahiyyətlərinin icrasına yayın sonu-payızın əvvəlində başlayacağı və bu ölkədə ilkin olaraq 3 il çalışacağı deyilir.
Xatırladaq ki, L.Leşçenko 2012-ci ildə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayıb. İlk 3 illik fəaliyyət müddəti bitdikdən sonra DB praktikasına uyğun olaraq onun Azərbaycandakı səlahiyyətləri 1 il də artırılıb.
Məlumatı Report agentliyi yayıb