6 C
Baku
Sunday, December 15, 2024

​”Fitch” agentliyi “Azsığorta” ASC-nin kredit reytinqi proqnozunu aşağı salıb

“Fitch” beynəlxalq agentliyi bu gün “Azsığorta” ASC-nin kredit reytinqi proqnozunu “stabil”dən “neqativ”ə azaldıb, bununla bərabər, Sığorta Maliyyə Dayanıqlılığı (İFS) reytinqini “B+” səviyyəsində təsdiqləyib.

“Fitch” proqnozun azaldılmasını fevralın 26-da Azərbaycanın reytinqinin və proqnozunun azaldılması ilə əsaslandırıb. Agentlik “Azsığorta” ASC-nin reytinqini onun sığorta bazarında güclü mövqeyi və rentabellilik göstəriciləri ilə əsaslandırıb. Reytinq proqnozunun azaldılmasını isə ümumi makroiqtisadi vəziyyətin sığorta sektoruna mənfi təsiri, gəlirlərin azalması, investisiya portfelində yarana biləcək risklərin olması ilə izah edib.

Agentlik Azərbaycanın sığorta sektorunu təhlil edərək bildirib ki, makroiqtisadi vəziyyət könüllü sığorta ödənişlərini azaldacaq, idxalın azalması səbəbindən yükdaşımalarında sığorta haqlarını aşağı salacaq. Belə ki, “Azsığorta” ASC-nin sığorta ödənişlərinin 2010-2014-cü illər arasında 34%-ni idxal malların yükdaşımalarından sığorta ödənişləri təşkil edib.

Agentlik “Azsığorta” ASC-nin investisiyalarının gəlirliliyinin azalması və ya şirkətin bazar payının zəifləməsinin, onun reytinqinin aşağı salınmasına səbəb ola biləcəyini, investisiyalarda risklərin azaldılması və diversifikasiyanın aparılmasının isə reytinq proqnozunu “neqativ”dən “Stabil”ə yüksəlməsinə gətirib çıxaracağını qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər