10 C
Baku
Thursday, November 14, 2024

“​Fitch” -in dollar PROQNOZU

“Fitch Rating” dünya üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.

“Bloomberg” xəbər verir ki, agentlik ABŞ-da 2016-cı ildə iqtisadi artımın 1.8 faiz olacağını bildirib. Çin üçün isə rəsmilərin səylərinin artması və təşviq siyasəti ilə bağlı olaraq iqtisadi inkişaf gözləntilərini 2016-cı il üzrə 6,2%, 2017-ci il üzrə 6%-dən 6.3%-ə qaldırıb.

Bildirilib ki, ABŞ-da istehlakçı xərcləri hələ də xeyli aşağıdır. Yenə də ABŞ-ın özəl sekorunda, iqtisadiyyatı daha dərin tənzimləmələrə itələyəcək bir ziddiyət görünmür. “Fitch” qeyd edir ki, 2015-ci ilin sonlarından bəri zəifləyən dollar da inkişaf edən bazarlar, borclular və pul vahidlərinə təzyiqin azalmasına yardım edib. Agentlik dolların 2016-da “FED”in faiz artırması ehtimalı ilə birlikdə yüksələcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı FED-in bu il 2-3 dəfə faiz artımına gedəcəyi gözlənilir. Faizlərin artırılmasına iyun və ya iyul ayında gediləcəyi bildirilir. “Fitch” Avro Bölgəsi iqtisadiyyatının əhalinin xərclərinin artması, məşğulluq bazarındakı inkişaf və bank kreditlərinin böyüməsi səbəbindən mərhələli yaxşılaşmaya doğru getdiyini açıqlayıb. “Fitch” Avro Bölgəsinin 2016-cı il artım proqnozunu 0.1 faiz artıraraq 1.6%-ə qaldırıb. İngiltərə üçün də proqnozunu 0.2 faiz aşağı salaraq 1.9%-ə endirib. Bu da Brexit referendumu öncəsi qeyri-müəyyənliyin təsirlərini əks etdirir.

Fitch, 20 inkişaf etmiş və inkişaf edən ölkəni əhatə edən qlobal iqtisadi artım proqnozunu isə 2016-cı il üçün 2.5%-də saxlayıb. Qlobal inkişafın 2017-ci ildə, Rusiya və Braziliyadakı inkişafın başlaması və enerji qiymətlərinin qalxması ilə 3%-ə yüksələcəyi gözlənilir.

Publika.az

Son xəbərlər
Digər xəbərlər