6 C
Baku
Monday, December 16, 2024

​İpoteka kreditlərinin verilməsində dəyişiklik nə vəd edir?

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanları dərc edilib. Fərmanla bağlı fikirlərini açıqlayan Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev aşağıdakıları bildirib:

““Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanları dərc edilib.

Dərc edilən Fərmanlara əsasən “İpoteka Fondu” ASC tərəfindən kreditlərin verilməsi qaydalarında dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10% ilkin edəcəklər. Əvvəlki qaydalara əsasən ilkin ödəniş məbləği 15% təşkil edirdi. Bu məbləğdən artıq ödəniş etmək istəyənlər yenədə əvvəlki kimi rəsmi müraciət etməli olacaqlar. (P.S.: adi ipoteka kreditləri üzrə ilkin ödənişin həcmi əvvəlki kimi 15-25% qalır).
Ən mühüm dəyişikliklərdən biri isə odur ki, əvvəlki qaydalara əsasən kredit mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Bundan sonra isə kredit eyni zamanda qabaqcadan qeydiyyat sənədi əsasında verilə bilər.
Əlavə dəyişikliklərdən biri isə odur ki, ipoteka kreditləri Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli evlərin alınmasına verilirdi. Əvvəlki qaydalarada əsasən evlər ancaq təmirli evlərə verilə bilərdi. Ancaq bundan sonra adı çəkilən aktlarla qaydalar nəzərdə tutula bilər ki, onlara əsasən də kredit təmirsiz evlərə verilə bilər.

Yuxarıda qeyd edilən birinci dəyişiklik sözsüz ki, sosial xarakter daşıyır və sosial ipoteka alanlara daha az ilkin ödəniş etməklə ev almağa imkan verir. Sonra ki 2 dəyişiklik isə İpoteka Fonduna kreditləşmə sahəsində manevr imkanları yaradır. Məsələn, tikintisi başa çatmayan evlərin alınmasına kreditin verilməsi üçün. Bunun üçün isə AR Prezidentinin müvafiq normativ aktı olmalıdır.​”
Son xəbərlər
Digər xəbərlər