İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf bəyan edib ki, İran və Azərbaycan birgə regional bank yaratmaq fikrindədir. Bu barədə RİA Novosti IRNA-ya istinadən məlumat verib.
“Bu təklif İran tərəfdən irəli sürülüb. Məqsəd bank münasibətlərinin dərinləşdirilməsi, hesablaşmalara dair əməliyyatların sadələşdirilməsidir və artıq razılıq predmetinə çevrilib. Gələcəkdə birgə bankın yaradılması ilə bağlı bütün addımlar atılacaq” – deyə İranın baş bankiri qeyd edib.
O qeyd edib ki, bu təklif bank münasibətlərinin dərinləşdirilməsi, həmçinin, hesablama əməliyyatları prosesinin sadələşdirilməsi məqsədilə irəli sürülüb.