Cari ilin may ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 206 272,78 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 450,35 min manat yaxud 45,44% çoxdur.
Reportun Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 662,12 min manat yaxud 24,35% artaraq 49 351,15 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 36 047,94 min manat yaxud 39,04% artaraq 128 374,22 min manat, aksizlər 8 249,56 min manat yaxud 2 dəfə artaraq 16 255,61 min manat, yol vergisi üzrə daxilolmalar isə 10 490,73 min manat və ya 6,8 dəfə artaraq 12 291,8 min manat təşkil edib.