13 C
Baku
Sunday, September 29, 2024

​Neft qiymətləri Doha görüşü öncəsi geriləyir

Neft qiymətləri hasilatçı ölkələrin Doha sammiti ərəfəsində Səudiyyə Ərəbistanının açıqlamaları ilə geriləməyə başlayıb.

İnvestorlar Doha görüşündə müsbət nəticə əldə ediləcəyinə şübhə ilə yanaşmağa başlayıblar. Belə ki, Səudiyyə Ərəbistanı keçən həftə İranın görüşdə iştirak etməyəcəyi və hasilatda dondurma və ya azaltma etməyəcəyi təqdirdə sammitdən müsbət qərarın çıxmayacağını bildirib. Bu açıqlamalardan sonra Brent markalı neft yanvar ayından bəri qeydə alınan 57%-lik artımdan sonra enişə keçib. Qeyd edək ki, hazırda Brent markalı neft martın 18-də satıldığı 2016-cı ilin maksimal səviyyəsindən 5 dollar/barel və ya 11,75% aşağı satılır. Hazırkı qiymətlər ilin minimal səviyyəsindən 38,5% yüksəkdir.

Yerli analitik qrupu Report bildirir ki, neft bazarında hazırkı vəziyyət davam edərsə neftin qiyməti azalmağa davam edə bilər və ilk olaraq 36 dollar, daha sonra isə 30 dollara qədər enməsi mümkündür. Qiymətlərin artması hər hansı neft hasilatçısı ölkənin neftin hasilatı və ya nəqlində yaranacaq problemlər və ya ABŞ-da neft ehtiyatlarının kəskin azalması fonunda baş tuta bilər. Bu halda neft qiymətlərinin yenidən 50 dollar/barelə kimi yüksəlməsi proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər