10 C
Baku
Friday, December 13, 2024

​Qara Dəniz Bankı Çin Bankı ilə memorandum imzalayıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) və Çin Bankı (Mərkəzi Bank) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə Reporta BSTDB-dən məlumat verilib.

Məlumata görə, memorandumun məqsədi iki bank arasında ümumu maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və infrastruktur, enerji və kommunikasiya sektorlarında ortaq maliyyələşdirmənin tətqiqidir.

Qeyd edək ki, Çin Bankı 41 ölkədə müştərilərə maliyyə xidmətləri təklif edir.

Xatırladaq ki, BSTDB Azərbaycanda bir sıra layihələri maliyyələşdirib. Sonuncu belə layihə ötən il “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində infrastruktur komponenti üzrə ortaq maliyyələşmə ilə bağlı olub.

Son xəbərlər
Digər xəbərlər