-3 C
Baku
Sunday, December 15, 2024

​Sığorta bazarında qiymətlər sərbəst buraxılmalıdır

Sığorta bazarında qiymətlərin tənzimlənməsi sistemi tam sərbəst rəqabət şəraitində müəyyən edilməsi ilə əvəz olunmalıdır.

Bunu Bakıda keçirilən beynəlxalq sığorta forumunda Sloveniya Sığorta Nəzarəti Agentliyinin prezidenti Sergey Simoniti deyib.

Onun sözlərinə görə, bəzən hökumətlər istehlakçıların marağını nəzərə alaraq sığorta haqlarına müəyyən limitlər tətbiq edir. Bu isə sığorta şirkətlərinin zərərlə işləməsinə səbəb olur.
“Odur ki, sığorta bazarında icbari sığorta növləri də daxil olmaqla tariflər sərbəst buraxılmalı, əvəzində sığorta şirkətlərindən baş vermiş sığorta hadisələrinə görə ödənişin maksimum qısa müddətdə həyata keçirilməsi tələb olunmalıdır”, – deyə S.Simoniti vurğulayıb.

 

Report

Son xəbərlər
Digər xəbərlər