15 C
Baku
Friday, November 15, 2024

​”Visa” yeni platformasını istifadəyə verib

“Visa Inc.” yeni, “Visa Developer” platformasını istifadəyə verib və bununla da texnologiyalarına və ödəniş xidmətlərinə çıxışı təmin edib. Bu barədə şirkətdən məlumat verilib

“Report” xəbər verir ki, bu addım sayəsində dünyanın ən böyük pərakəndə ödəniş emalı şəbəkəsi ödənişlər və kommersiya əməliyyatlarında yeniliklərdən daha geniş istifadənin mümkün olduğu açıq platformaya çevriləcək.VDP_Home_Base_HD

Şirkətin təxminən 60 illik tarixi ərzində ilk dəfə tətbiqetmə istifadəçiləri “Visa”nın aparıcı texnologiyalarına, məhsullarına və xidmətlərinə açıq çıxış əldə edəcək.

“Visa Developer” platforması istehlakçıların və kommersiya tərəfdaşlarının tələbatlarını ödəmək məqsədilə maliyyə təşkilatlarına, ticarət-servis müəssisələrinə və texnoloji şirkətlərə yardım etmək üçün nəzərdə tutulub. Yeni platforma “Visa”nın ən populyar ödəniş texnologiyalarına və xidmətlərinə, o cümlədən hesabın sahibi barədə informasiya mübadiləsinə, kartdan karta pul vəsaitlərinin köçürülməsi texnologiyalarına çıxışı təmin edəcək.

“Visa” il ərzində mümkün ödəniş qərarları və texnogiyalarının siyahısını genişləndirməyi düşünür”, – deyə şirkətdən bildirilib.

Report

Son xəbərlər
Digər xəbərlər