“№1”, “Kəhrəba” və “Nabat”da normadan artıq kükürd tapıldı, fəaliyyəti məhdudlaşdırıldı

Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər