19:26 – ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı exit-pollun nəticələrini açqlayıb.
Nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb. Zahid Oruc – 1.8 faiz, Fazil Mustafa -1.5, Qüdrət Həsənquliyev -1.2, Elşad Musayev -0.4 faiz, Fuad Əliyev 0.3 faiz, Razi Nurullayev 0.9 faiz yığıb.
19:25 – Prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb
19:20 – Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb
15:29 – Saat 15:00-a qədər ölkə üzrə seçicilərin 60.54 faizi səsvermədə iştirak edib.
14:42 – Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb
Yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.
12:34 – MSK: Saat 12:00-a qədər respublika üzrə 2499033 nəfər səs verib.
Seçici fəallığı 38.57 faiz olub.
11:38 – Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.
Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 6372 nəfər) olub. Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub.
10:40 – Saat 10.00-a qədər respublika üzrə seçicilərin 19.44 faizi səs verib
10:05 – Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər
9:10 – Kəlbəcərdə 31 ildən sonra ilk dəfə seçki məntəqələri açılıb, səsvermə keçirilir
8:15 – Prezident seçkilərinin ilkin nəticələrinin saat 21.00-da açıqlanması gözlənilir
8:00 – Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb
5:40 – Çində Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar səsvermə başlayıb