03:19 – “Ukrayna ilÉ™ baÄźlı bir çox mÉ™qamlar razılaĹźdırılıb, razılığa gÉ™lmÉ™k üçün Ĺźans yĂĽksÉ™kdir.”
Bunu Rusiya prezidenti ilə görüşdən sonra mətbuat konfransında çıxış edən ABŞ prezidenti Donald Tramp deyib.
Tramp Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.
Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.
Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.
Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.
Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.
03:12
ABŞ prezidenti Donald Trampla görüşdən sonra Rusiya prezidenti Vladimir Putin keçirdikləri mətbuat konfransında çıxış edib.
İlk olaraq Putin, Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib.
Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.
O, Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də, Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənləri faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.
Bundan başqa, Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini deyib.
17.08.2025, 03:04
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlardan sonra mətbuat qarşısına çıxıblar.
Mətbuat konfransı Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Arktika Döyüşçülərinin Konqres Mərkəzində keçirilir.
Artıq 200-ə yaxın rusiyalı və amerikalı jurnalist zala toplaşıb. Onların Rusiya Federasiyası və ABŞ prezidentlərinə sual vermək imkanının olacağı gözlənilir.
16.08.2025, 02:41 – “Rusiya vÉ™ ABĹž iqtisadi sahÉ™ baĹźda olmaqla É™mÉ™kdaĹźlıq üçün böyĂĽk potensiala malikdir.”
Bunu “Fox News”a müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.
“Bizim böyĂĽk potensialımız var. Rusiyanın çox qiymÉ™tli torpaqları var. Bizim gözÉ™l É™laqÉ™lÉ™r, É™la iĹźgĂĽzar É™laqÉ™lÉ™r qurmaq üçün böyĂĽk potensialımız var”, – Tramp bildirib.
23:38 – Tramp vÉ™ Putin arasında danışıqlar baĹźlayıb.
Danışıqlar “üçün üçə” formatında keçirilir.
ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.
Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir.
15.05.2025, 23:14 – Rusiya vÉ™ ABĹž prezidentlÉ™ri Vladimir Putin vÉ™ Donald Tramp danışıqlara baĹźlamazdan É™vvÉ™l AnkoricdÉ™ demÉ™k olar ki, eyni vaxtda tÉ™yyarÉ™lÉ™rindÉ™n enÉ™rÉ™k bir-birlÉ™rini salamlamaq üçün bir-birlÉ™rinÉ™ tÉ™rÉ™f yönÉ™liblÉ™r.