COVID-19 dünyanın rəqəmsal transformasiyasını sürətləndirir. Necə?

Sürətli texnoloji inkişaf sayəsində rəqəmsal transformasiya müvəffəqiyyət, inkişaf və genişlənmə uğrunda rəqabət aparan şirkətlərin üstünlüyünə çevrildi. Qlobal rəqəmsal transformasiya artıq başlamış olsa da, pandemiya bu prosesi inanılmaz dərəcədə sürətlənməyə məcbur etdi. 

COVID-19 tanıdığımız dünyanı tamamilə dəyişdi – insanların gündəlik həyatından iş mühitinə qədər, və bəşəriyyəti keçmiş reallısı virtual məkanda axtarmağa məcbur etdi. 

İnsanlar bir-biri ilə məsafə saxlamağa və ən çox onlayn ünsiyyətə üstünlük verməyə başladılar: sosial şəbəkələr, Zoom (FaceTime) vasitəsilə videozənglər və ya sadəcə elektron poçt. 

Şirkətlər daimi müştərilərlə əlaqələrini sosial şəbəkələr və onlayn rabitə vasitəsilə gücləndirməyə başladılar. 

 

 

 

 

 

 

 

Nəhayət, bir çox şirkət işçilərinə qayğı göstərməklə yanaşı, böhran dövründə ayaqda qalmağın yeni yolları barədə düşünməyə başladı ki, bu da distant işləməyi və daxili prosesləri optimallaşdırmaq üçün böyük məlumatlarla işi tam rəqəmləşdirilməsini nəzərdə tutur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu qlobal dəyişikliklər qeyri-müəyyənliyə səbəb olur, bu da şirkətlərin böhran şəraitində fəaliyyətini, o cümlədən qərar qəbul etmələrini çətinləşdirir. Bir çox şirkət kütləvi ixtisarlar və həyatda sağ qalmaq üçün zəruri olan digər qətiyyətli hərəkətlər arasında tərəddüd edir. Və bir tərəfdən, çəkindirmə strategiyasına riayət etmək və bu fırtınadan xilas olmaq məntiqli görünür, amma digər tərəfdən, bəşəriyyətin uzun müddət yaşamadığı dəyişikliklərin katalizatoru olan COVID-19, dünyamızı rəqəmsallaşdıraraq bu dəyişikliklərə uyğunlaşmaq üçün aktiv strategiyanın istifadəsini tələb edir.

Bu isə o deməkdir ki, rəqəmsallaşdırma böhran, habelə pandemiyadan sonrakı dövrdə sağ qalmağın açarıdır. 

Pandemiya bütün dünyanı əhatəyə almamışdan əvvəl, McKinsey tərəfindən sorğu edilən şirkətlərin 92%-i rəqəmsal çevrilmənin tələb etdiyi dəyişikliklərə uyğun olaraq öz biznes modellərini təkmilləşdirməli olduqlarını düşünürdülər. 

Pandemiyanın başlaması ilə istehlakçı davranışı da dəyişdi – nəsildən-nəslə insanlar getdikcə İnternetə daha çox bağlanırlar. Araşdırmaya görə, təkcə ABŞ-da “Z” nəslinin təxminən 35%-i videoçatlardan, illik gəliri 100 min dollardan çox olan istehlakçıların 54%-i isə onlayn yayım xidmətindən istifadə edir. 

 

 

 

 

 

 

 

 

 

Bundan əlavə, pandemiya daha az rəqəmsallaşdırılmış şirkətlər və yüksək texnoloji şirkətlər arasındakı fərqi, onların iqtisadi çətinliklər və istehlakçı davranışındakı kütləvi dəyişikliklər qarşısında sabit fəaliyyət göstərmək qabiliyyətin müqayisəsini ortaya qoydu. Bir tərəfdən, biz bir çox müəssisənin böhrandan çox əziyyət çəkdiyini gördük: bərbərxanalar, barlar və ya restoranlar daimi müştərilərinə qapılarını bir daha açmamaq riski altındadır. 

Lakin müvəqqəti və ya hətta daimi bağlanan bizneslərlə yanaşı, bir çox uğur hekayələri var: onların hamısı, bir qayda olaraq, texnolojidirlər. 

Məsələn, yüksək texnoloji məşhur Nintendo şirkəti, bu yaxınlarda doqquz ildə illik 41% qazanc əldə etdiyini açıqlayıb. Onun 2020-ci ilin ilk üç ayında qazancı əvvəlki rüblə müqayisədə üç dəfə artıb. Digər bir nümunə – əsas missiyası ənənəvi idmanı tətbiq ilə əvəz etmək olan Peloton şirkəti. İdmana texniki yönümlü yanaşma sayəsində Peloton-un gəliri 66%, tətbiqetmənin istifadəçilərinin sayı isə 30% artdı. 

İstehlakçı davranışındakı dəyişikliklər axın platformalarının istifadəsinə də təsir etdi. Spotify bu sahədə liderlərdən biri olduğu üçün təsirə daha çox məruz qaldı: Variety-nin verdiyi məlumata görə, şirkət 2020-ci ilin birinci rübündə 6 milyon yeni istifadəçi cəlb edib. Qeyd edək ki, ümumilikdə şirkətin ödənişli abunəçilərinin sayı 130 milyon nəfər təşkil edir. Spotify həmçinin istifadəçi platforması ilə qarşılıqlı əlaqələrin dərin təhlilini apardı və pandemiya zamanı ortaya çıxan bir sıra maraqlı meylləri müəyyən etdi. Məsələn, uşaqların əksəriyyəti evdə olduğundan valideynlər onlara daha çox podkast göstərməyə başladılar ki, bu da kontentin istehlakını artırdı. Bundan əlavə, platformada müntəzəm olaraq yayımlanan artistlərin çıxışlarına tələbat yüksəldi. 

Video çarx sahəsinin lideri olan Netflix də əhəmiyyətli artım göstərdi. Guardian-ın verdiyi məlumata görə, Netflix aprel ayında gözlənilən yeni abunəçilərin sayını iki dəfə artırdı, bunun əsas səbəbi isə qlobal pandemiya şəraitində insanların evdə daha çox vaxt keçirmələri olub. Əyləncə bazarının titanı, proqnozunu üstələyərək dünyanın hər yerindən 15,77 milyon yeni abunəçi cəlb etdi. 

İşçilərin distant rejimə keçməsi, iş və kommunikasiya üçün nəzərdə tutulmuş platformaların istifadəsində iki ən böyük müvəffəqiyyət hekayəsini yaratdı: Zoom Slack distant işə keçən insanlar üçün Slack Zoom əvəzedilməz alətlərə çevrildilər. CNN-nin verdiyi məlumata görə, Slack Technologies 9 min yeni müştəri qazandı ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 80% çoxdur. 

Zoom – videokonfrans üçün nəzərdə tutulmuş proqramdır, hansıki pandemiya dövründə bütün dünya üzrə bir çox insan üçün həyatın ayrılmaz hissəsinə çevrildi. Baş direktor Erik Yuanın sözlərinə görə, bu proqramdan gündə 300 milyon insan istifadə edir. 

Qeyd etmək lazımdır ki, rəqəmsallaşdırmanın digər faydalı cəhəti böyük həcmli məlumatların emalı və dərin təhlilindədir. Bunun effektivliyinin ən bariz nümunəsi Cənubi Koreyanın koronavirusa yoluxmuş insanları izləməyi bacaran platformalar yaradan özəl şirkətlərlə əməkdaşlığıdır.  

 

 

 

 

 

 

 

Əvvəllər görünməmiş miqyasda olan və hər kəsə təsir edən mövcud pandemiya, texnologiyanın həyati rolunu hər zamankindən daha çox vurğulayan çətinliklərə gətirib çıxardı: effektiv distant iş qrafikinin qurulmasından fərqli saat qurşaqlarına olan insanların birləşdirilməsinə qədər. Zoom, Peloton və ya Slack xidmətlərinin uğuruna baxmayaraq, hazırkı iqtisadi böhran bir çox şirkətlərin zəif tərəfləri üzərinə vurğu etmiş oldu. Əslində, McKinsey-in sözlərinə görə, bir çox şirkətlər infrastrukturun rəqəmsallaşdırılmasını təmin etmək üçün uzun inkişaf yolunu keçməlidir: biznesin rəqəmsallaşdırılmasına başlamış təşkilatların 79%-i hələdə başlanğıc mərhələdədir. 

Sonda qeyd etmək istərdik ki, pandemiya bizim texnologiyalara olan tələbatımızı göstərdi. İstənilən bir şirkət, təşkilat və ya insan üçün texnologiyalar köməkçi deyil, əsas alətlərdən biridir.