16 C
Baku
Friday, April 26, 2024

“Əmanət qəbulu qadağan edilmiş bankın adı geniş ictimaiyyətə açıqlana bilməz”

“Azərbaycanda fəaliyyət göstərən 26 bankdan hər hansı birinə əmanət qəbulunun qadağan edilməsi barədə bizdə məlumat yoxdur”.

Bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfransında deyib.

“Bu məsələ ilə bağlı tənzimləyici quruma – Azərbaycan Mərkəzi Bankına müraciət edilsə daha düzgün olar, amma yəgin ki, əmanət qəbulu qadağan edilmiş banklar geniş ictimaiyyətə açıqlana bilməz və açıqlanmayacaq. Banka müvəqqəti məhdudiyyətin qoyulması hələ onun pis vəziyyətdə olması demək deyil. Ola bilər ki, müəyyən problemlər var və onlar həll edildikdən sonra bank normal fəaliyyətini davam etdirərək yenə də əmanət qəbul edə bilər. Amma bu qadağa geniş kütləyə çatdırılsa tamamilə fərqli effekt verə bilər, insanlar məsələnin iqtisadi tərəflərini araşdırmadan gedib əmanətlərini geri çəkə bilərlər. Amma yaxşı olar ki, hər hansı banka əmanət qəbuluna qadağa qoyulursa, bu barədə ADIF-ə məlumat verilərdi, biz bunu öz sistemimizdə görə biləydik”, – deyə o, qeyd edib.

MənbəReport.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər