13 C
Baku
Friday, April 19, 2024

1 №-li milyarder nə məsləhət görür?!

Karlos Slim Elu planetin ən varlı insanlarından biridir. Sahib olduğu külli sayda sərvətə baxmayaraq, kifayət qədər sadə həyat tərzi sürür. 2013-cü ilin 28 yanvar tarixində onun sərvəti 78 milyard dollar olaraq qiymətləndirilmişdi. Bloomberg versiyasına görə 2013-cü ilin 17 mayında onun statusuna Bill Gates yiyələnir. Bu zaman Bill Gates onu 550 milyon dollarla üstələmişdi. Meksikalı maqnat şəxsi təyyarə və vertolyota sahib deyil və həftədə 24 min dollardan artıq məbləğ xərcləməməyi özünə limit təyin etmişdir.

  • Nə isə etməyi qərara aldıqda bunu ən tez bir zamanda həyata keçirirəm.
  • Biznesin qədim növlərinin zamanla yox olacağını düşünənlər, yanılırlar. Biznesin daha qdəimdən istifadə edilən növləri gələcəkdə yeni sivilizasiyanın vacib bir hissəsinə çevriləcək.
  • Böhran zamanı hər kəsin aktivlərdən xilas olmağa çalışdığı bir zamanda mən onları alırdım.
  • Zamanımın böyük hissəsini yeni texnologiyaların öyrənilməsinə xərcləyirəm. Dünyada nələrin baş verdiyini və bundan necə qazanc əldə edə biləcəyimi bilməliyəm.
  • Biznes – hər hansı bir müsabiqə deyil. Burada rəqibləri geridə qoymağa can atmaq lazım deyil. Hər hansı bir sahə üzrə üstünlüyünüz sizə kifayət edər.
  • Zənginlik zənginlik gətirməlidir. Məhz buna görə əldə edilən pulları nəyəsə sərmayə etmək və xərcləri müəyyən etmək lazımdır.
  • Belə hesab edirəm ki, yoxsulluq – inkişaf üçün ən yaxşı mühitdir. Ölkəni yoxsulluqdan çıxarmaq isə həyatımın əsas investisiyasıdır.
  • Güzəşt və məsuliyyət – uğurlu biznesin əsas tərkib hissələridir.
  • Mənim məqsədim pullar deyil. Mən bir-birinə sıx bağlı möhkəm kollektivdən ibarət şirkət yaratmağa, yeni sahələr kəşf etməyə çalışıram.
  • Mənim nüfuzum məni maraqlandırmır. Əgər başqalarının fikri ilə yaşayırsınızsa, demək siz ölüsünüz. Ömrümün qalan hissəsini gələcək nəslimin haqqımda nə düşünəcəyi fikri ilə yaşamaq istəmirəm.
Son xəbərlər
Digər xəbərlər