6 C
Baku
Sunday, December 15, 2024

1 funt sterlinq nominallı qəpik dövriyyəyə buraxıldı

Banker.az saytının verdiyi məlumata görə, 12 kənarlı və saxta pul istehsal edən fırıldaqçılara qarşı təhlükəsizlik səviyyəsi artırılmış yeni 1 funt sterlinq dəyərində olan qəpik 28 mart tarixində dövriyyəyə buraxıldı.

Krallıq xəzinədarlığının daha əvvəldən qeyd etdiyi ki, bu yeni qəpik artıq 30 ildir istifadə olunan 1 funtluq qəpiyi əvəz edəcək.

Bundan əvvəlki variantdan fərqli olaraq bu pul nişanı iki rənglidir: qəpiyin kənarları qızılı, içərisi isə gümüş rəngindədir. Qəpiyin üz hissəsində kraliça II Yelizavetanın təsvirinin altında holoqramı xatırladan Birləşmiş Krallığın milli valyutasının simvolu əks olunub.

Britaniya Maliyyə nazirliyi qeyd edib ki, “yeni funt sterlinq dünyanın ən təhlükəsiz qəpiyi” olacaq.

Son xəbərlər
Digər xəbərlər