9 C
Baku
Friday, December 13, 2024

1 günə 11 kq itirən idmançı-alim kimdir?

28 yaşlı idmançı və alim Ross Edzheli özünüqiymətləndirmə və qidalanmanın çəki ilə tənzimlənməməsini sübut etmək məqsədilə eksperiment keçirmişdir. Əgər siz pəhriz saxlayırsınızsa çəki tək piylərin həcmindən deyil, bir çox digər faktorların təsirindən də dəyişə bilər. Eksperiment alimə 24 saat ərzində 11 kiloqram çəki itirməsinə kömək olmuşdur. Bu eksperiment həkim nəzarəti altında keçirilmişdir və bu səbəbdən təkrar edilməsi məsləhət görülmür. Edzheli-nin əsas məqsədi mümkün olan qədər su itirmək idi.

Orqanizmimizin 50%-dən 70%-ə qədəri sudan ibarətdir. Beləliklə, 95 kiloqram çəkinin təxminən 47,5 kiloqramı suyun payına düşür. Bir dəfəyə çox miqdarda su itirmək faciə ilə nəticələ bilər. Çünki su həyati vacib orqanların fəaliyyəti və qanın həcminin qorunması üçün vacibdir.  Lakin xüsusi üsullarla, sidikqovucu vasitələrlə suyu bədəndən xaric etməklə və həmçinin gün ərzində maye qəbul etməkdən imtina etdikdə siz çəki itirirsiniz.

Başlanğıc üçün Edzheli ingilis duzu ilə qaynar vanna qəbul edir, diuretiklər ilə ətirlənmiş bir qədər su içir və öz gündəlik qida rasionundan duzlu ərzaqları çıxarır. Bundan sonra o saunaya və idman zalına baş çəkir. Bütün gün ərzində o bir damcı belə olsa su içmir. Alim-idmançının öz gündəliyində qeyd etdiyinə əsasən, o daim su içmək istəyirdi və yorğunluq hiss edirdi.

Bunun əvəzində o bir gün ərzində 11 kiloqram itirmişdi və özünü daha yüngül hiss edirdi. Lakin onun itirdiyi çəki su çatışmamazlığı səbəbi ilə baş verdiyindən, bir neçə saat sonra o öz çəkisini bərpa etmişdi.

Eksperiment başa çatdıqda və Edzheli lazımı nəticəyə sahib olduqda o idman zalında idi. O tərəziyə çıxdıqdan və nəticəni qiymətləndirdikdən dərhal sonra öz idman çantasına doğru qaçdı və bir dəfəyə 4 litr su içdi. Təəccüb içərisində olan ətrafdakı insanlar onun bütün gün ərzində nələr keçirdiyini heç təsəvvür belə etməzdilər.

Son xəbərlər
Digər xəbərlər