17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

1 hektar fındıq bağını sığortalamaq neçəyədir? – HESABLAMA, MƏBLƏĞ

Screen Shot 2021 09 02 at 14.34.20

Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bunnula bağlı sadə hesablamanı açıqlayıb. 

Fonddan “Banker.az”a verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox iki bölgədədir – Şəki-Zaqatala və Quba-Xaçmaz regionları. 

Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri 

Şəki-Zaqatala regionunda – 3,21%

Quba-Xaçmaz regionunda – 1,31% təşkil edir. 

Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı

Şəki-Zaqatala regionunda – 11 sentner; 

Quba-Xaçmaz regionunda – 12,3 sentnerdir. 

Fındığın orta qiyməti isə 3,6 manat/kq-dir. 

Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür. 

Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı 

Quba-Xaçmaz regionunda – təqribən 60 manatdır. 

 

Bundan   

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 30 MANAT

Dövlətin ödədiyi məbğləğ – 30 manat 

Şəki-Zaqatala regionunda – təqribən 128 manatdır.

 

Bundan

FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 64 MANAT

Dövlətin ödədiyi məbğləğ – 64 manat təşkil edir. 

Hesablama – ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək. Daha ətraflı: https://asf.gov.az/bitkichilik

Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı Bitkiçilik üzrə sığorta kalkulyatoruHeyvandarlıq üzrə sığorta kalkulyatoru vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığorta haqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər