1 hektar kartof sahəsini sığorta etmək neçəyədir? – MƏBLƏĞLƏR

Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Artıq avqutst ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər. 

Bunu nəzərə alaraq Aqrar Sığorta Fondu iş adamlarına və fermerlərə kartof sahələrinin sığorta qiymətini xatırladır. 

Azərbaycanda 1 hektar kartof sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir? 

Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir: 

Qarabağ regionu – 73 manat

Şərqi Zəngəzur regionu 73 manat

Şəki-Zaqatalada – 120 manat 

Lənkəran–Astara region – 49 manat 

Qazax–Tovuz ərazisi – 180 manat

Mərkəzi Aran rayonları – 59 manat 

Quba-Xaçmaz bölgəsi – 49 manat

Mil–Muğan regionunda – 59 manat

Abşeron-Xızı bölgəsində – 49 manat.

Gəncə–Daşkəsən regionunda – 180 manat 

Şirvan–Salyan zonasında – 59 manat

Dağlıq Şirvan bölgəsində – 46 manat 

Bakıda – 49 manatdır. 

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.