2021-ci ilin oktyabr ayında banklarda müştəri hesablarının sayı 25 103 866 olub ki, bu da cari ilin sentyabr ayı ilə müqayisədə 489 688 ədəd və ya 2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4 348 359 ədəd və ya 21% çoxdur.
Banker.az bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına istinadən xəbər verir.
Mərkəzi Bankın statistikasına əsasən, bu ilin oktyabr ayında müştərilərin banklardakı kredit hesabları 3 629 447 ədəd olub. Bu, sentyabr ayı ilə müqayisədə 147 594 ədəd və ya 4.2% artım deməkdir. Ötən ilin müvafiq dövrünə nisbətən kredit hesablarının sayında 930 657 ədəd və ya 34.5% artım müşahidə olunur.
Oktyabr ayı ərzində banklarda müştərilərin depozit hesablarının sayı sentyabr ayı ilə müqayisədə 4 095 ədəd və ya 2%, illik müqayisədə isə 36 900 ədəd və ya 17.5% artaraq, 248 237 olub.
Statistikaya əsasən, hesabat dövründə müştərilərin banklarda cari hesablarının sayı 21 226 182-dir.