21 C
Baku
Wednesday, June 4, 2025

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Atəşgah” Sığorta Şirkəti uşaqlara unudulmaz və əyləncəli anlar yaşadıb!

Həyata keçirilən tədbir şirkətin sosial məsuliyyət strategiyasının bir hissəsi olmaqla yanaşı, uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bakının ən gözəl və tarixi məkanlarından biri olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan tədbir uşaqlar üçün hazırlanmış müxtəlif əyləncəli, eyni zamanda maarifləndirici fəaliyyətlərdən ibarət olub.
Loyallıq sistemi çərçivəsində korporativ müştərilərin övladları üçün nəzərdə tutulan tədbirdə uşaqlar əvvəlcədən  komandalara bölünərək, yaş qruplarına uyğun xüsusi hazırlanmış suallar və tapşırıqlar əsasında təşkil olunanan oyunda iştirak ediblər. Bu əyləncəli proses həm öyrədici, həm də əyləncəli xarakter daşıdığı üçün uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda təşkil olunan yemək süfrəsi ətrafında uşaqlar dostları ilə oyun təəssüratlarını paylaşaraq, sevinc və gülüş dolu anlar yaşayıblar.
“Atəşgah” Sığorta Şirkəti gələcəyimizin təminatı olan uşaqlara hər zaman dəyər verməyə və onların inkişafına töhfə verəcək sosial layihələri dəstəkləməyə davam edəcək.

5323328749409793377

5323328749409793369

5323328749409793378

5323328749409793365

5323328749409793370 5323328749409793375

Son xəbərlər
Digər xəbərlər