1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. 

Bununla bağlı “AFB Bank” da “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” tədbiri keçirtdi. Bankın əməkdaşları bu gün işə öz övladları ilə birgə gəldilər. Bank əməkdaşları uşaqları  öz peşələri və Bankda göstərilən  xidmətlərlə tanış etdilər. Tədbirin məqsədi uşaqları kiçik yaşlarından müxtəlif ixtisaslarla tanış edib, qələcəkdə düzgün peşə seçiminə imkan yaratmaqdır. 

“AFB Bank” bütün uşaqları  ürəkdən təbrik  edir, hər birinə can sağlığı, xoşbəxt, sevincli, firavan həyat, uğurlar arzulayır!

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər