Noyabrın 25-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 6.5% bahalaşaraq 0.1421 manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
Noyabrın əvvəli ilə müqayisədə isə lirənin manata qarşı məzənnəsi 20% dəyər itirib. 2021-ci ilin noyabrın 1-də lirənin məzənnəsi 0.1771 manat olub.