1 C
Baku
Saturday, December 14, 2024

1 lirə 20 qəpikdən ucuz olduğu halda bank bunu 40 qəpiyə satır

Azəbaycanda Türk lirəsinin məzənnəsi minimal rəsmi göstəriciyə düşsə də, valyuta bazarında marja fərqi yüksək olaraq qalmaqdadır. Bəzi banklarda isə satış isə hətta 1 lirə 40 qəpiyə (iki dəfə baha) satılır.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 11 oktyabr tarixinə AZN/TRY cütlüyü 0.1897 səviyyəsinə düşmüşdür.

Lakin, hazırda əsasən Türkiyədən onlayn sifarişlərdə daha çox istifadə edilən lirənin məzənnəsi rəsmi məzənnədən xeyli yüksəkdir, alış isə aşağı.

Məsələn, bankların bir çoxu bu gün lirəni nağd şəkildə 0.20 manatdan azca baha, nağdsız və ödənişlər sistemində isə 0.20 manata satırlar.

“Günay Bank” ASC isə bu mübadilə əməliyyatında daha çox təəccübləndirir. Bank nağd 0.3600 manata, nağdsız isə 0.3800 manata satırlar.

Türk lirəsinin nağd şəkildə banklar tərəfindən alınması isə 0.17 manata, onlayn (nağdsız, transfer, ödənişlər) 0.1770 manata qədər aşağı məzənnə həyata keçir.

31783t13871t612

Son xəbərlər
Digər xəbərlər