10 C
Baku
Friday, December 13, 2024

1 milyon 250 min binada yoxlamalar aparmışıq – Türkiyəli nazir

“Zəlzələ bölgəsində 4 511 000 ayrı-ayrı hissələrdən ibarət olan 1 250 000 binada yoxlamalar aparmışıq”.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

“520 000 ayrı-ayrı hissədən ibarət olan 164 321 binanı təcili şəkildə sökülməsi vacib qəzalı vəziyyətdə olan tikililər kimi təsbit etmişik. Dəyən ziyanın həcmini müəyyən etmək üçün işləri 7 350 personalımızla fasiləsiz davam etdiririk”, – deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Son xəbərlər
Digər xəbərlər