27 C
Baku
Saturday, July 27, 2024

1 milyon manatdan çox vergi borcu olan “Caspel” şirkəti Nazirlikdən 3 milyon manatlıq sifariş aldı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Caspel” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 2 milyon 754 min 140 min manatdır.

“Caspel” şirkəti 2005-ci ildə təsis edilib. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir. Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “Caspel”in müştəriləridir. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “Caspel”in xidmətlərindən istifadə edirlər.

Onu da qeyd edək ki, “Caspel” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ceyhun Quliyevdir. Bu şirkətin 1 milyon 367 min 488 manat vergi borcu var.

Son xəbərlər
Digər xəbərlər