8 C
Baku
Wednesday, December 4, 2024

1 milyonluq “Bakı  Dəmir  Beton-8” şirkəti zərərlə fəaliyyət göstərdiyinə görə ləğv edilir

“Bakı Dəmir Beton – 8” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Cəmiyyət”) qeyri-qənaətbəxş və zərərlə fəaliyyət göstərməsi ilə əlaqədar Cəmiyyətin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq ləğv edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə “Foton” MMC-nin 12 avqust 2021-ci il tarixli yazılı tələbinin və Cəmiyyətin Müşahidə Şurasının 13 avqust 2021-ci il tarixli növbədənkənar iclasının qərarının icrası olaraq səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 10 noyabr 2021-ci  il  saat 11:00-da “Bakı Dəmir Beton – 8” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi, 11/33 ünvanında keçiriləcək.

Cəmiyyətin növbədənkənar ümumi yığıncağının gündəliyinə çıxarılması təklif edilmiş məsələlər aşağıdakılardır:

1. “Bakı  Dəmir  Beton-8” ASC-nin (VÖEN: 1000063211) (bundan sonra “Cəmiyyət”) ləğv edilməsi;

2. Kəmaləddin Nağı oğlu Dadaşovun Cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi;

3. Ənvər Həsən oğlu Nağıyevin, Fərid Rafiq oğlu Əhmədovun, Kamal Əli oğlu Muradovun, Kərim Məhiş oğlu Kərimovun və Səadət Fərəməz qızı Zamanovanın Cəmiyyətin Ləğvetmə komissiyasının üzvləri təyin edilməsi və onlara qanuni təmsilçiyə aid bütün səlahiyyətlərin həvalə edilməsi;

4. Səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyasının yaradılması;

5. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə Cəmiyyətin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc edilməsi;

6. Cəmiyyətin ləğv  prosesində  olması  barədə  məlumatın  mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi;

7. Ləğvetmə komissiyasının Cəmiyyətin ləğvi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlərin görülməsi üçün səlahiyyətli edilməsi:

* dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında Cəmiyyətin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatların dərc edilməsi;

* kreditorların aşkar edilməsi və debitor borcunu alınması üçün tədbirlərin görülməsi, habelə hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildirişlərin göndərilməsi;

* dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borcların olub-olmamasının müəyyən edilməsi;

* kreditorların tələblərinin irəli sürülməsi üçün müddəti bitdikdən sonra aralıq ləğvetmə balansının təsdiq  edilməsi və səhmdarlara göndərilməsi;

* kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə balansının və qalıq əmlakın səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi və qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq Cəmiyyətin səhmdarlarına təqdim edilməsi;

* qalan əmlakın bölünməsindən sonra təsdiq olunmuş ləğvetmə balansının, qalıq əmlakın bölünməsi planını əks etdirən hesabatın, həmin əmlakın səhmdarlara təqdim edilməsini təsdiq edən sənədin və mövcud qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərilməsi;

* Cəmiyyətin ləğvi ilə əlaqədar məsələlərin vergi, qeyri büdcə fondları, bank və digər təşkilatlarla həlli üçün bütün digər təşkilati-hüquqi tədbirlərin görülməsi.

Son xəbərlər
Digər xəbərlər