13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

1 nəfərə məxsus olan “Union Lizinq” kiçilib, gəlirləri kəskin azalıb

faizlere

“Union Lizinq” ASC 2020-ci ilin birinci yarımilliyini 128 min manat xalis mənfəətlə başa vurub. Şirkətin 2019-cu ildə isə xalis mənfəəti 43 min manat təşkil etmişdir.

Banker.az bu barədə lizinq şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “Union Lizinq”in ümumi gəlirləri 205 min 160 manat (əvvəlki ilə nisbətən 44% az), inzibati xərcləri 19 min manat (19% çox), sair əməliyyat xərcləri 26 min manat (10% az), mənfəət vergisi ödəmələri isə 32 min manat təşkil edib.

“Union Lizinq” şirkətinin cəmi aktivləri 6 milyon 661 min manat təşkil edib ki, bu da illik müqayisədə aktivlərin 45% azalması deməkdir.

Hesabat dövründə lizinq şirkətinin cəmi öhdəlikləri 6 milyon 450 min manat olub. Şirkətin cəmi kapitalı isə 5,3 dəfə artaraq 210 min 509 manat təşkil edib.

Xatırladaq ki, “Union Lizinq” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər