Bəzən elə hallar olur ki kredit alsaq da aldığımız kredit ya ehtiyacımızı tam ödəmir, ya da gözlənilmədən yenə də pula ehtiyac duyulur. Ancaq çox yaxşı bilirik ki, banklara kredit üçün müraciət etdikdə ilk öncə bank tərəfindən soruşulan sual başqa bankda kreditin olub olmamasıdır. Başqa bankda kreditim var sözünü eşidən banklar əksər hallarda sizə kredit verməkdən imtina edirlər (və ya yaxşıi halda sizi yoxlamağa başlayırlar) . Təbii ki, həmin məqamda siz 1000 AZN kreditinizin 1 illik olmasını və aylıq əmək haqqınızın 800 AZN olmasını desəniz kredit barədə danışdığınız bank əməkdaşı sizə “Şans vermək” barədə düşünə bilər.
Beləliklə bankdan paralel kredit ala bilməyiniz üçün əsas şərtlərdən biri məhz sizin ala biləcəyiniz paralel krediti və artıq aldığınız köhnə kreditinizi eyni anda ödəmə qabiliyyətinizin olmasıdır. Bu məsələ daha da aydın gətirmək üçün misala nəzər salaq.
Siz özəl firmada işləyən mühasibsiniz, artıq 5 ildən çox təcrübəniz var və aylıq əmək haqqınız 670 AZN-dir. Bankdan 1000 AZN məbləğində, 1 illik 28% ilə Nağd pul kreditini almısınız və kreditinizin aylıq ödənişi 97 AZN-dir. İndi isə yenə də pula ehtiyacınız yaranıb. Bankınıza təkrar müraciət etsəniz təbii ki, artıq 1 dəfə yoxladıldığınız üçün sizin barənizdə məlumatlara göz gəzdirilməsi o qədər də uzun vaxt çəkməyəcəkdir. 1000 AZN məbləğində sizə kredit verilə bilər. O haldaki, sizin aylıq xərcləriniz, kreditin aylıq ödənişləri aldığınız aylıq əməkhaqqını üstələməsin. Nəzərə alın ki, əksər kredit verilərkən sizin rəsmi gəlirləriniz nəzərə alınır, qeyri rəsmi gəliriniz ola bilər, ancaq siz bunu sübuta yetirə bilmirsinizsə qeyri rəsmi gəlirləriniz hesabıyla sizə kredit ayrılması mümkün olmur. Təbii ki eyni zamanda həmin kredit sizə başqa səbəblərdən də ayrılmaya bilər.
Əgər sizin ailəniz 4 nəfərdən ibarətdirsə, ailədə tək peşə sahibi potensialı olan sizsinizsə, aylıq xərcləriniz 400 AZN-i ötüb keçirsə, bu zaman bank sizə istədiyiniz krediti verməkdən imtina edə bilər. Çünki artıq əlavə risklər orya çıxacaq və bu halda bankı kredit vermədiyi üçn pisləmək sadecə yersizdir.
Beləliklə siz kreditinizdən əlavə kredit götürmək üçün ən azı aşağıdakı şərtləri ödəməlisiniz:
- Sizin köhnə kreditiniz aylıq ödənişi, almaq istədiyiniz kreditin aylıq ödənişi və xəclərinizin cəmi aylıq əməkhaqqınızla nisbətdə maxsimum 70-80% təşkil etməlidir.
- Sizin əlavə gəliriniz olsa belə, bunu isbat edəcək hər hansı bir sənəd, subutunuz olmalıdır.
- Ailənizdə ən azı sizdən başqa iş sahibi olan 1 nəfər olmalıdır ki, bütün ailənin yükünün sizin üstünüzdə olmamasını təsdiqləsin.
- Krediti almaq istədiyiniz bankda müsbət tarixçənizin olması, başqa sözlə bankın sizi etibarlı müştəri kimi tanıması və s.
Bütün bunlardan əlavə bankınızın müxtəlif kreditməhsulları üzərindən paralel kredit alışını təsdiq edən təklifləri olmalıdır. Yəni bankınız sizə heç bir kredit məhsulu üzrə paralel kredit təklif etmirsə siz tərəfdən atılan addımlar o qədərdə effektiv olmaya bilər. Təbii ki, hətta bu məqamda belə əgər kredit məhsulu üzrə paralel kredit vermək bankın siyasətinə zidd deyilsə və siz bütün lazımlı şərtləri ödəyirsinizsə bank sizə kredit verilməsində köməklik göstərə bilər.
Beləliklə, əslində 1 nəfər bir neçə kredit ala bilər, o şərtlə ki, bank trəfindən qoyulan bütün tələbləri tam ödəsin. Ancaq ayrı-ayrılıqda alınan hər kredit üçün əlavə xidmət haqqı, komisyon haqqı, nağdləşdirmə haqqı, sənədlərin toplanması və s. kimi proseslərlə qarşılacaq, əlavə xərcləri ödəmək məcburiyyətində qalacaqsınız.
Təbii gözlənilməz halları çıxmaq şərti ilə elə əvvəlcədən kredit alma üzrə planınızı tam hazırlasanız daha yaxşıdı.