15 C
Baku
Friday, April 26, 2024

1 zeytunla 40 000 dollara necə qənaət etmək olar?

2000-ci illərin əvvəlində dünyaca məşhur American Airlines aviaşirkəti özünün ən yaxşı illərini yaşayırdı. 11 sentyabr 2001-ci ildə baş vermiş məşhur faciədə American Airlines şirkətinin iki təyyarəsi terroristlər tərəfindən ələ keçirilmiş və faciəyə səbəb olmuşdular.

Bu hadisədən sonra amerikalılar American Airlines şirkətinin reyslərindən istifadə etməməyə başlayır. Şirkət “sıfır vəziyyətindən” çıxmaq üçün sərnişin axınını artırmalı və yaxud xərcləri azaltmalı idi.

Şirkət özünü “su üzərində saxlamaq” üçün bacardığı hər şeydən qənaət etməyə başlayır. Məsələn, sərnişinlərə uçuş zamanı təqdim edilən salatın tərkibindən 1 zeytun çıxarmağa qərar verməklə American Airlines şirkəti 40 000 dollar qənaət etməyi bacarmışdı.

Qeyd edək ki, bu hadisə ilə bağlı digər bir versiya da mövcuddur. Həmin versiyaya əsasən, bu hadisə 1987-ci ildə baş vermişdi. Lakin bu dövr ərzində aviaşirkət heç də müflislik həddində deyildi. Əksinə, 85-90-cı illərdə şirkətin sərnişin daşıma həcmi iki dəfə artmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər