6 C
Baku
Saturday, December 14, 2024

10 ən səs-küylü birja məğlubiyyətləri barədə

Treyderlərin birjada şirkət pulları ilə Rogue Trading adlandırılan nəzarətsiz oyunu – həmişə potensial sensasiyadır.

 Bir nəfərin milyon, üç milyon, lap bir milyard itirməsi hər hansı kəskin süjetli filmdən artıq təəccübləndirir. Həmin adamın uduzduğu pullar özünün deyil, başqasınınkı olduqda isə – bu artıq heç nə ilə müqayisəyə gəlmir…

Birjalarda başqalarının pullarını uduzan Top-10-a düşmüş  ən uğursuz treyder və maliyyə menecerləri ilə siz də tanış olun.

10. Nik Lison: zərər – 1,3 milyard dollar
Nik Lison tarixə düşmüş ən məşhur oyunçulardan biridir. 1992-ci ildə o, treydinqin 28 yaşlı parlayan ulduzu idi. Son dərəcə şanslı olması ona Sinqapur beynəlxalq valyuta birjasında əməliyyat şöbəsinə rəhbərlik etməyə imkan vermişdi. Lisonun əməlləri, hər şeydən əvvəl, Nikkei-in fyüçers və opsionları ilə sanksiyalaşdırılmamış alver hesabına bank böyük itkilərə məruz qaldı – məlum oldu ki, treyder bunları uzun müddət məxfi hesabında gizli saxlayırmış. Lisonun həyatında dönüş nöqtəsi Nikkei-yə “şort-streddl” qoyduğu an baş verdi – onun hərəkətinin nəticəsi zəlzələni xatırladırdı – bir gün sonra adıçəkilən aparıcı yapon indeksi çökdü. Başqasının pullarını itirməyə başlayan Lison bir-birinin ardınca riskli addımlar ataraq, oyunu davam etdirirdi. Bütün bunlar daha ağır itkilərə aparırdı və nəhayət, 1995-ci ildə Barings-in müflisləşməsi ilə nəticələndi.

Sonradan 230 il tarixi olan bu bank simvolik 1 funta satıldı. Lison ömrünün 4 ilini Sinqapur həbsxanasında keçirdi. Xəstəliyə görə 1999-cu ildən vaxtından əvvəl həbsdən azad edilən Lison “Aqressiv treyder” adlı bestsellerini yazdı və həmin ssenari üzrə kinofilm çəkildi.
Hazırda Nik Lison İrlandiyanın Galway United futbol klubunun icraçı direktoru vəzifəsində işləyir.

9. Con Rusnak: zərər 691 milyon dollar.

1993-cü ildə Con Rusnak İrlandiyanın ən iri bankı Allied İrich-ın Amerikadakı bölməsi olan Allfrist Finanjiala valyuta treyderi vəzifəsində işləməyə başlayır. 1996-cı ildə o, yapon iyeni ilə riskli əməliyyatlar həyata keçirməyə başlayır. O, hətta ikili oyuna girməkdən belə çəkinmir. Təbiətən çox sakit olan bu ailəlii adam yapon iyeni üzrə artan maliyyə dəliyini gizlətmək üçün ayrı-ayrı adlardan istifadə etməklə saxta sənədlər hazırlayır. 1997-ci ildə Rusnakın əməllərindən dəyən zərər 29,1 mln., 2001-ci ildə isə artıq 300 mln. dollar təşkil etmişdir. Rusnak nəinki itkiləri gizlədir, həm də hesabatları saxtalaşdırırdı, belə ki, sənədlərdən bankın hələ də mənfəət gətirdiyi görünürdü. Nəticədə “bacarıqlı” treyder dələduz .m.liyyatlarına görə 433 min dollar mükafat da almışdı!

 Opsionlarla əməliyyatlardan 300 min dollar ziyan çəkmiş bankın məcmu zərərlərinin həcmi 691 milyon dollara çatmışdı. Rusnakı 7,5 il həbs cəzası və bankın itirdiyi 691 milyon dolları ödəmək gözləyirdi.

Federal Kəşfiyyat Bürosu Rusnakın fırıldağını “ABŞ-da son onilliyin ən böyük bank falsifikasiyası” adlandırmışdır.

8 Yasuo Hamanaka: zərər 2,6 mlrd. dollar

“Mister mis” və “hesabında 5% olan mister” adı ilə məşhur olan Yasuo Hamanaka Yaponiyada mis ticarəti üzrə ixtisaslaşmış ən iri topdansatış ticarət şirkətlərindən biri olan Sumitomo  Corporation-da treyder işləmişdir.

 Hamanakanın sözlərinə görə, karyerasının müəyyən mərhələsində onun apardığı əməliyyatların həcmi həmin qiymətli metalla bütövlükdə dünya əməliyyatlarının 5%-ni təşkil etmişdir.

Bir sıra ekspertlərin fikrincə, onun fırıldaqlarının miqyası 1986-cı ildən 1006-cı ilə qədər təkbaşına deyil, kotirovkaların səviyyəsinin dəyişdirilməsi üzrə sövdələrdə iştirak etməsinə dəlalət edir.

1996-cı ildə Hamanaka 8 illik həbs cəzasına məhkum olunur. İstintaq göstərmişdir ki, o, zərəri gizlətmək üçün başqa treyderlərin imzalarını saxtalaşdırırmış. Hamanaka 7 il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılmışdır.

7. Lyu Çi Bin: təxmini vurduğu zərər – 1 milyard dollar

Çin Xalq Respublikası Metallar üzrə dövlət ehtiyat bürosunda aparıcı treyder vəzifəsində işləmişdir.

London metal birjasında (LMB) mis kotirovkalarının enməsi zamanı böyük pullar qoymuş, 200 min ton mis almaq niyyətində olduğunu bildirmişdir. Qeyd edək ki, bu həcmdə mis ehtiyatı LMB-da olan ehtiyatlardan yüksək olub, Çinin özündə olan mis ehtiyarlarının həcmi ilə müqayisə edilə bilər. Onun bu niyyəti misin kotirovkalarının qalxmasına xeyli təsir etmişdir. Lakin səriştəsiz oyunçu kontraktların öhdəliklərinə əməl etmədən Londonu tərk etmişdi.

Nəticədə Çin hökuməti kotirovkaları aşağı salmaq məcburiyyətində qalmaqla yanaşı, həm də investorları sakitləşdirmiş, onları inandırmışdı ki, dövlətin mis ehtiyatının həcmi əvvəlki qiymətlərdən beş dəfə artıqdır. Eyni zamanda, Çin hökumətinin fikrincə, Lyu Çi Bin sərbəst hərəkət etdiyinə görə, vurduğu ziyana görə özü cavab verməli idi.

Lakin ekspertlər onu da istisna etmirlər ki, mis fyüçerslərinin bahalaşması treyderin strateji məqsədi olub, belə ki, bu zaman baş verən ajiotaj zamanı bu qiymətli metalı satanlar böyük mənfəət əldə etmişlər.

Çindən yayımlanan ziddiyyətli məlumatlar hələ ki, Lyu Çi Binin vurduğu zərəri dəqiq qiymətləndirməyə imkan vermir. Treyderin isə yeri indiyədək məlum deyil.

6. Brayan Hanter: zərər $6,5 mlrd.

Kanada treyderi Brayan Hanter Amaranth Advisors hec-fondunda işləyir və təbii qazın qiymətinin qalxmasında oynayırdı.

2005-ci ildə ABŞ-da Katrina və Rita  qasırğalarından sonra “mavi yanacağın” fyüçersləri üç dəfə qalxdı və  nəticədə Hanter 2006-cı ilin martında ən uğurlu treyderlər reytinqində 29-cu yeri tutdu.

Qasırğaların təhlükəsi sovuşduqdan sonra qazın da qiyməti düşərkən, Amaranth Advisorsun da itkiləri 6 milyard dolları ötüb keçdi…

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Обычная таблица”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

5. Cerom Kervil: zərər $7,1 mlrd

Keçən il yanvarın 26-da  Parisin maliyyə polisinin əməkdaşları Avropanın ən iri banklarından olan Societe Generale-nin treyderi Cerom Kervili yaxaladılar.

Həmin gün maliyyə institutunun hesabından 7,1 mlrd. dollar yoxa çıxmışdı. Həmkarlarının verdiyi xarakteristikaya görə çox özünə qapalı və söhbətcil olmayan bu əməkdaşın sövdələrinin həcmi 50 milyard avroya çatırdı ki, bu da bankın kapitalından artıq, həmçinin Fransanın büdcə kəsirinin ölçüsündən  çox idi. Bu məbləğlərin ölçüsündən irəli gələrək, bir çox ekspertlər belə qərara gəlmişdilər ki, Cerom bankın rəhbərlərinin razılığı ilə hərəkət etmişdir. Nəticədə Paris məhkəməsində avrofyüçerslərlə fırıldağa görə iki cinayət işi açılmışdı ki, bunu artıq Societe Generale-nin rəhbərliyinin Cerom Kervilə qarşı və bankın anonim müştərisinin həmin treyderə qarşı  “əsrin fırıldağı”adlandırmışlar.

4. Con Merivezer: zərər: $5,8 mlrd.

1994-cü ildə istiqrazlar üzrə təcrübəli treyder Con Merivezer kapitalının aktivləri 100 mlrd. dollar təşkil edən Lone-Term Capital Management hec-fondunu yaradır. Merivezer investorların risklərini sıfır səviyyəyə endirəcəyini vəd verməklə, güclü bazar strategiyasının köməyi ilə müştəriləri özünə cəlb edir. 1998-ci ildə həmin fond Rusiya bazarının sabitləşməsi üçün Rusiya Federasiyasının iri borc mövqeyini əldə edir.  Nəticədə RF üzərinə götürdüyü maliyyə öhdəliklərindən imtina etdikdən  sonta şirkət müflisləşir.

ABŞ hökuməti maliyyə böhranının artmasından yan keçmək üçün fonda 3,65 mlrd. dollar həcmində idtiqraz təklif edir, bununla da şirkətin itkilərini 4 mlrd. dollara çatdırır. Beləliklə, Lone-Term Capital Management hec-fondu2000-ci ilin əvvəllərində şirkətin ləğv edilməsi prosedirini həyata keçirməli olur.

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Обычная таблица”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin:0cm; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

3. Julian Robertson: zərər $17 mlrd. 

Julian Robertson əvvəllər dünyanın nəhəng investorları siyahısına düşən uğursuzlardan biridir. O, 1980-ci ildə Tiger Management hec-fondu ilə fəaliyyətə başlamışdır. Cəmi 16 il ərzində – 1980-ci ildən 1996-cı ilə qədər onun 8 mln. dolları 8 mlrd. dollara çevrilmişdi. 1998-ci ildə Robertsonun işinə iki şey əngəl oldu – yapon iyenasına qarşı uğursuz oyun və ABŞ-da yüksək texnologiyalarla məşğul olan şirkətlərin partlamış “köpükləri”.  Robertson bir investor kimi özünün fikrincə daha perspektiv olan alqılar daxil olan strategiya çərçivəsində səhmlərə çox böyük stavkalar edirdi. Bunun nəticəsi isə o oldu ki, Tiger hec-fondu nəhəng itkilərə məruz qaldı. Onun aktivləri 6 mlrd. dollara düşdü və 2000-ci ildə fondun bağlanmasına qərar verildi, kapital isə investorlara qaytarıldı.

2. Piter Yanq: zərər $400 mln. 

Piter Yanq Morgan Grenfell Accet Management-də (sonradan bu şirkəti Deutche Bank almışdı) fond meneceri işləmişdir.

1996-cı ildə onun rəhbərlik etdiyi European Growth Trust fondunda pozuntular aşkarlandıqdan sonra tutduğu vəzifədən azad edilmişdir. Yanq qazanc məqsədilə səhm varrantlarının satışı məqsədilə gizli olaraq bir neçə şirkət yaratmışdı. 220 mln. funt itirdikdən sonra o, qeyri-müəyyən istiqamətdə yoxa çıxmışdı.

2 ildən sonra Piter Yanqı Londonun ətraf şəhərlərindən birində qadın geyimində yaxalamışlar. Ona dələduzluq sxeminin təşkilinə görə ittihamnamə təqdim edilmişdi. Lakin Yanq məhkəmə iclaslarına da qadın paltarında gəlib deyəndə ki, “Mənə Elizabet adı ilə müraciət edin”,  məhkəmə onun sağlamlığına şübhə ilə yanaşmışdı. Sonradan məlum olmuşdu ki, Yanq özü-özünə xəsarət yetirmişdir. Onu xəstəliyinə görə buraxmışlar və cinayət işi xətm olunmuşdu.

Nəhayət birinci yer

1.Hant qardaşları: İtkilərin dəqiq məbləği açıqlanmır

Nelson Banker Hant və Uilyam Herbert Hant 1—milyon unsiya gümüş külçələr almaqla, 1979-1980-ci illərdə gümüşün bir unsiyasının qiymətini 50 dollara salmışdılar. Gümüşün qiymətdən düşməsi 1980-ci ilin yanvarında baş vermiş və bu hadisə tarixə “gümüşü cümə axşamı” adı ilə daxil olmuşdur.

Səhəri gün qardaşlar 1,75 mlrd. dollara aldıqları 59 mln. unsiya gümüşü 1,20 mlrd. dollara sataraq, 550 mln. dollar itirmişlər. Bu işi davam etdirərək, onlar 1988-ci ildə artıq tamamilə müflisləşirlər.

Nelson qiymətli metalların qiymətlərinə nəzarət cəhdinə görə 10 mln. dollar məbləğində cərimələnmişdir.

Son xəbərlər
Digər xəbərlər