Lənkəran Reabilitasiya Mərkəzinin nizamnamə kapitalı azaldılıb.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 01.09.2020-ci tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin tabeliyində “Lənkəran Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi nizamnamə kapitalının azaldıldığını elan edir.
Xatırladaq ki, “Lənkəran Reabilitasiya Mərkəzi” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 338 856.96 AZN-dir və qanuni təmsilçisi Elvin Əsədullazadədir.








