12 C
Baku
Cümə, Dekabr 3, 2021

10 AB ölkəsi nüvə enerjisinin artırılmasının lehinə çıxış edib

On Avropa Birliyi (AB) ölkəsinin hökumət rəsmiləri Avropa istehlakçılarını qiymət dəyişkənliyindən qorumaq üçün nüvə enerjisindən istifadəni gücləndirməyin vacib olduğunu hesab edirlər.

Bu barədə “Le Figaro” qəzetinin saytında və digər nəşrlərdə yayımlanan birgə məqalədə deyilir.

Fransa tərəfdən məqaləni iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Mer və bu qurumda sənaye məsələləri üzrə nazir nümayəndəsi Anyes Panye-Ryunaşe imzalayıblar. Onlara Rumıniya, Çexiya, Finlandiya, Slovakiya, Xorvatiya, Sloveniya, Bolqarıstan, Polşa və Macarıstanın baş nazirləri, iqtisadiyyat nazirləri və enerji nazirləri də dəstək veriblər.

Onlar əminliklə bildiriblər ki, nüvə enerjisi Avropa istehlakçılarını “hazırda qazla bağlı vəziyyətdə müşahidə olunan” enerji qiymətləri dəyişkənliyindən qoruyacaq.

“Enerji qiymətlərinin artması xarici ölkələrdən enerji asılılığımızı bir an əvvəl azaltmağın nə qədər vacib olduğunu göstərir. Aydındır ki, enerji təchizatı ilə bağlı gərginliklər gələcəkdə daha tez-tez artacaq. Avropadan kənar enerji idxalını artırmamaq üçün ehtiyatlı olduğumuz halda, təchizat mənbələrimizi şaxələndirməkdən başqa çarəmiz yoxdur. Nüvə enerjisi iqlimin qorunmasında kritik rol oynayır. Hazırda o, Avropanın karbon qazı olmayan elektrik istehsalının təxminən yarısını təşkil edir”, – deyə nəşr qeyd edir.

Son xəbərlər
Oxşar xəbərlər
X