Avropanın 10 ölkəsi Rusiyadan gələn mümkün təhdidlərin qarşısını almaq məqsədilə birgə hərbi-dəniz qüvvələri yaratmaq barədə razılığa gəlib.
Britaniya Hərbi-Dəniz Qüvvələrinin rəhbəri, general Qvin Cenkins bildirib ki, bu çoxmillətli dəniz qüvvələri NATO-ya əlavə mexanizm kimi fəaliyyət göstərəcək.
“The Guardian”ın məlumatına görə, təşəbbüsə Böyük Britaniya, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, Baltik ölkələri və Niderland qoşulub. Yeni qüvvələrin əsas məqsədi birgə hazırlıq və təlimlərin keçirilməsi olacaq.
Lazım gəldikdə çoxmillətli Hərbi-Dəniz Qüvvələri Britaniya Silahlı Qüvvələrinin qərargahından idarə olunacaq.
Cenkinsin sözlərinə görə, belə bir struktur mümkün hərbi əməliyyatlar zamanı real imkanlar, döyüş planları və inteqrasiya təmin edəcək.
ABŞ bu birləşməyə daxil olmayacaq, lakin Kanadanın iştirakı ehtimalı nəzərdən keçirilir.







