30 C
Baku
Friday, July 19, 2024

10 Avropa şirkəti qazın ödənişini etmək üçün “Qazprombank”da hesab açıb

On Avropa şirkəti qazın ödənişini rublla etmək üçün “Qazprombank”da hesab açıb. Banker.az “Rt.ru”ya istinadən xəbər verir ki, kredit təşkilatı rahat və texnoloji cəhətdən qabaqcıl ödəniş üçün hər cür şərait yaradacaq.

Xatırladaq ki, martın 31-i Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti haqqında fərman imzaladığını açıqlayıb. Rusiya aprelin 1-indən rublla ödəniş olunmasa, dost olmayan ölkələr qaz müqavilələri üzrə öhdəliklərini yetirə yetirməmiş sayılacaq.

Rusiya qazının alışı üzrə mövcud müqavilələr rublla ödənişdən imtina edildiyi təqdirdə dayandırılacaq.

Aprelin 27-si “Qazprom” Bolqarıstanın “Bulqarqaz” və Polşanın “PGNiG” şirkətlərinə rublla ödəniş edilmədiyi üçün qazın nəqlini tamamilə dayandırıb.

Son xəbərlər
Digər xəbərlər