-1 C
Baku
Sunday, December 15, 2024

10 ay ərzində Azərbaycanda sığortaçıların sığorta haqları 5% artıb

2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların sığorta haqları 356 mln. manat təşkil edib, bu isə 2013-cü ilin 10 ayının göstəricisindən 5,4% çoxdur. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.

“2014-cü ilin yanvar-oktyabr aylarında sığortaçıların ödənişləri 32,8% artaraq 131,4 mln. manat təşkil edib”, – deyə O.Bayramov qeyd edib.

Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində sığortaçılar sığorta haqlarının hər 100 manatı üçün 36,9 manat məbləğində ödəniş həyata keçirib, 2013-cü ilin müvafiq dövründə isə bu göstərici 29,3 manat təşkil edib.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər